Çin şirkəti "Kinetica-1" daşıyıcı raketinin 16-cı buraxılışını başa çatdırıb
Çinin "CAS Space" şirkəti doqquz kosmik gəmini orbitə uğurla buraxıb.
"Report""un xəbərinə görə, şirkət bu barədə "WeChat" rəsmi messencer səhifəsində məlumat verib.
Məlumatlara görə, buraxılış Çinin şimalındakı Szyuyuan kosmodromundakı "Dunfen" buraxılış meydançasından Pekin vaxtı ilə saat 12:03-də (Bakı vaxtı ilə saat 8:03) baş tutub. Aparatların işə salınması üçün "Kinetica-1" daşıyıcı raketindən istifadə edilib.
Missiya "Sinlin-01" və "Sinlin-02" optik Yer müşahidə peyklərini, "Pençen şoufa" peykini (peyk rabitəsini telekommunikasiya sistemləri ilə inteqrasiya etmək üçün texnologiyaların sınaqdan keçirilməsi üçün nəzərdə tutulub) və "Çaoçjisuan-1 peykini (məlumatları birbaşa orbitdə emal etmək qabiliyyətinə malikdir) orbitə çıxarıb.
Bundan əlavə, elektromaqnit spektrini izləmək üçün nəzərdə tutulmuş üç "Ditin-01" aparatı, həmçinin "Pusian-4" və "Yunsao Tanluçje" peykləri buraxılıb. Bütün kosmik aparatlar hədəf orbitlərinə müntəzəm daxil olub.
"Kinetica-1" raketi diametri 3,35 metr olan yük qaldırıcısı olan dördpilləli bərk yanacaqlı raketdir. Raketin uzunluğu 31 metrdir və Yer kürəsinin aşağı orbitinə 2 tona qədər (Günəş-sinxron orbitə 1,5 tona qədər) yük daşıma qabiliyyətinə malikdir. Bu, raketin istismar tarixində 16-cı, 2026-cı ildə isə 5-ci buraxılış olub.
Oxşar xəbərlər
WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb
Lu Mey Bakı və Pekinin əməkdaşlıq prioritetləri barədə: Orta Dəhliz, yaşıl enerji və süni intellekt – MÜSAHİBƏ
DİM yeddi imtahan keçirib, doqquz nəfərdə telefon aşkarlanıb
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Braziliya, Polşa, Çin, Nepal, Hindistan, BƏƏ, Fransa və Tunis vətəndaşları Azərbaycana təxliyə olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Göygöldə birgəyaşayış mədəniyyətinə həsr olunan regional konfrans keçirilir
-
Ofeliya Sənani bu səbəbdən xəstəxanaya yerləşdirildi
-
Qaxda yol qəzasında 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb
-
Deputat: Azərbaycanın suverenliyi heç vaxt müzakirə mövzusu ola bilməz
-
Azərbaycan və Böyük Britaniya rəqəmsal transformasiya üçün yol xəritəsi hazırlayacaq
-
Lerikdə Hamarmeşə–Bibiyani yolu yenidən qurulur













