"Şəki" Əsasnamənin tələblərini yerinə yetirmədiyi üçün Azərbaycan Basketbol Liqasına buraxılmayıb
"Şəki" komandasının Azərbaycan Basketbol Liqasına (ABL) buraxılmamasının səbəbi müəyyənləşib.
"Far.Az"un məlumatına görə, bölgə təmsilçisi yarışın Əsasnaməsinin tələblərini yerinə yetirmədiyi üçün bu halla üzləşib.
"Şəki"yə bununla bağlı müvafiq xəbərdarıq edilib və sənədlərin qeydiyyatı zamanı aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması üçün ABL İdarə Heyəti tərəfindən müəyyən vaxt verilib. Bu müddət ərzində çatışmazlıqlar aradan qaldırılmadığı üçün komanda yarışdan kənarlaşdırılıb.
"Şəki" 2026/2027 mövsümündə ABL 2-də mübarizə aparmalı olacaq.
İdarə Heyəti daha sonra ABL 2 klublarına rəsmi dəvətnamə ünvanlayıb və qeydiyyat şərtlərinin yerinə yetirilməsi üçün 3 gün müddət təyin edib. Həmin vaxt başa çatdıqdan sonra "Şəki"ni Azərbaycan Basketbol Liqasında "Sumqayıt"ın əvəzləməsi qərara alınıb.
Oxşar xəbərlər
"Zirə" UEFA Konfrans Liqasının 2026/2027 mövsümündə ilk oyununda qələbə qazanıb - YENİLƏNİB-7
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"United Airlines" şirkətinin işində iri miqyaslı nasazlıq yaranıb
-
Pentaqon Yaxın Şərqdə 20-dən çox gəmi cəmləşdirib
-
Muxtar Babayev: Azərbaycan və Türkiyə Cəbrayılda Meşə Təlim Mərkəzi yaradıb
-
Andorra - Azərbaycan oyunu: Millimizdən üçüncü qol
-
Ronaldonun oğlu Portuqaliya millisində – Atasının yolunu davam etdirə biləcək?
-
Azərbaycanda daha bir həkim vəfat etdi













