Bakının mərkəzində səki çöküb - İcradan açıqlama
Far.Az xəbər saytı

Bakının mərkəzində səki çöküb - İcradan açıqlama


Bakının Səbail rayonunda, Neftçilər prospektində səkidə çökmə qeydə alınıb.

Bu barədə məlumat Far.Az-in "qaynar xətti"nə daxil olub.

Bildirilib ki, yol kənarında səki daşları çöküb və aşağıda iri boşluq yaranıb. Bu da həmin yoldan istifadə edən piyadaların həyatına ciddi risk sayılır.

Məsələ ilə əlaqədar Səbail Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumun mətbuat xidmətindən Far.Az-ə bildirildi ki, sözügedən ünvanda səki örtüyünün bir hissəsinin çökməsi ilə bağlı yayılmış görüntülər Rayon İcra Hakimiyyəti tərəfindən nəzarətə götürülüb.

"Məsələnin operativ şəkildə aradan qaldırılması və təhlükəsizliyin təmin edilməsi məqsədilə aidiyyəti dövlət qurumlarına rəsmi müraciət ünvanlanmışdır", - deyə məlumatda qeyd olunub.

Oxşar xəbərlər

Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Şəkidə "Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın mədəniyyət dəyərləri" mövzusunda tədbir keçirilib
Lökbatanda anbardakı yanğın nəzarətə götürülüb -YENİLƏNİB-6
Leyla Əliyeva Şəkidə Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər