Zelenski: Başqırdıstan və Samarada neft emalı zavodlarına zərbələr endirilib
Far.Az xəbər saytı

Zelenski: Başqırdıstan və Samarada neft emalı zavodlarına zərbələr endirilib


Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, son sutka ərzində Başqırdıstan və Samara vilayətində (Rusiya Federasiyası) iki neft emalı zavoduna zərbələr endiriblər.

"Report" xəbər verir ki, Ukrayna Prezidenti bu barədə "X" sosial şəbəkəsində yazıb.

Öz növbəsində, Başqırdıstan rəhbəri Radiy Xabirov bölgəyə növbəti pilotsuz uçuş aparatları hücumunun dəf edilməsi barədə məlumat verib.

"Bu gün biz daha bir hücumu dəf etdik. 20 pilotsuz uçuş aparatı vurulub", - o, regional hökumətin operativ müşavirəsində bildirib.

Qeyd edək ki, əvvəllər ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskini Rusiyanın neft emalı zavodlarına zərbələri dayandırmağa çağırmışdı.

Oxşar xəbərlər

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
İlham Əliyev İmişlidə "Promalt" MMC-nin arpa emalı müəssisəsinin açılışını edib
DYMX Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
Xarici diplomatlar "İstisu" mineral su zavoduna baş çəkiblər
Ukrayna Başqırdıstana 21 PUA ilə zərbə endirib, xəsarət alanlar var - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər