Türk Dövlətlərinin İnvestisiyaların Təşviqi Şəbəkəsinin koordinasiya görüşü keçirilib
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2026) çərçivəsində Türk Dövlətlərinin İnvestisiyaların Təşviqi Şəbəkəsinin koordinasiya görüşü keçirilib.
"Report" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən bildirilib.
Tədbirdə türk dövlətlərinin investisiya təşviqi qurumları arasında əməkdaşlığın gücləndirilməsi, birgə təşəbbüslər və regional investisiya imkanları müzakirə olunub.
Sessiyada İqtisadiyyat Nazirliyinin tabeliyində İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev, Türkiyənin Strategiya və korporativ planlaşdırma bölməsinin rəhbəri Samet Akyüz, İnvestisiya mühiti bölməsinin rəhbəri Hakan Araz, "Kazakh Invest" şirkətinin idarə heyətinin sədri Sultanqali Kinjakulov, Özbəkistan İnvestisiya Agentliyinin direktoru vəzifəsini müvəqqəti icra edən Roksana Nesor və Qırğızıstan İnvestisiya Agentliyinin direktoru Ravşanbek Sabirov iştirak ediblər.
Panel iştirakçıları Türk Dövlətlərinin İnvestisiyaların Təşviqi Şəbəkəsi çərçivəsində üzv ölkələrin investisiya təşviqi qurumları arasında institusional əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı təcrübə və məlumat mübadiləsinin gücləndirilməsi, birgə investisiya təşəbbüslərinin irəli sürülməsi və ortaq imkanların təşviqi barədə fikirlərini bölüşüblər.
Sessiyada investisiya mühitinin təkmilləşdirilməsi, potensial investorlarla iş mexanizmləri, regional layihələrin təşviqi, eləcə də türk dövlətləri arasında biznes və investisiya əlaqələrinin genişləndirilməsi məsələləri ətrafında müzakirələr aparılıb. İnvestisiya təşviqi qurumları arasında daha sıx koordinasiyanın və sistemli əməkdaşlığın əhəmiyyəti diqqətə çatdırılıb.
Oxşar xəbərlər
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Mehriban Əliyeva BMT Baş Assambleyası çərçivəsində xüsusi sessiyada iştirak edib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Prezident Ərəb Koordinasiya Qrupuna üzv qurumların rəhbər şəxslərini qəbul edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Green Energy Corridor Power Company"ə yeni rəhbər təyin olunub
-
Elman Rüstəmov bu səbəbdən şadlıq sarayını SATDI
-
Türkiyənin COP31 hazırlıqları Azərbaycanın COP29 təcrübəsinə əsaslanır
-
Qaraçuxur qəbiristanlığının hasarı uçurulub
-
Azərbaycanda toyda kütləvi zəhərlənmə
-
Türkiyə MMN "X"də Azərbaycanda keçirilən hərbi təlimdən videoçarx paylaşıb













