"Azercell Biznes" müştəriləri üçün eSIM IoT və eSIM M2M xidmətlərini təqdim edir
Far.Az xəbər saytı

"Azercell Biznes" müştəriləri üçün eSIM IoT və eSIM M2M xidmətlərini təqdim edir


Yeni xidmət korporativ müştərilərə IoT və M2M nömrələri üçün fiziki SIM karta alternativ eSIM texnologiyasını seçmək imkanı yaradır

"Azercell Biznes" korporativ müştərilərə təqdim etdiyi IoT (Əşyaların İnterneti) və M2M (Cihazlararası kommunikasiya) xidmətləri çərçivəsində eSIM texnologiyasını istifadəyə verib. Yenilik sayəsində müştərilər IoT və M2M nömrələri üçün ənənəvi fiziki SIM kartlarla yanaşı, eSIM texnologiyasını da seçə bilərlər. Bu imkan həm mövcud, həm də yeni nömrələrin aktivləşdirilməsində tətbiq oluna bilər.

Xidmət korporativ müştərilərə bir sıra üstünlüklər təqdim edir. Fiziki SIM kartların sifarişi və çatdırılması prosesinə ehtiyacın aradan qalxması, eSIM-in rahat aktivləşdirilməsi və müasir cihazlarla uyğunluğu müştərilərə daha çevik və operativ həll təqdim edir.

eSIM fiziki SIM karta ehtiyac olmadan, daxili eSIM modulu ilə təchiz olunmuş cihazların mobil şəbəkəyə qoşulmasını təmin edir. IoT və M2M həlləri isə cihazlar arasında data mübadiləsinə, onların məsafədən izlənməsinə və idarə olunmasına imkan verir.

eSIM IoT və eSIM M2M xidmətlərindən yararlanmaq istəyən korporativ müştərilər ətraflı məlumat və dəstək üçün Azercell-in Korporativ Dəstək və Müştəri Xidmətləri kanallarına müraciət edə, həmçinin "Azercell Biznes" platforması vasitəsilə xidmət üzrə müvafiq əməliyyatları həyata keçirə bilərlər.

Azercell korporativ müştərilərinin dəyişən ehtiyaclarına uyğun innovativ həllər təqdim etməklə onların rəqəmsal transformasiyasına dəstək göstərir və biznes üçün yeni texnoloji imkanlar yaradır.

Oxşar xəbərlər

Qarabağdan başlayan "ağıllı" transformasiya: IoT-un Azərbaycan modeli - TƏHLİL
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Xocalı şəhərində "Qarabağ Tekstil Evi" MMC istifadəyə verilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər