Vətən müharibəsinin xüsusi təyinatlısı: "Bizi minaatanla vururdular"
Vətən müharibəsi iştirakçısı, xüsusi təyinatlı dəstənin kəşfiyyatçı snayperi Qafar Fərzəliyev döyüşlər zamanı yaşadığı ağır anlardan danışıb.
Far.Az Baku TV-yə istinadla xəbər verir ki, Ağdam, Ağdərə və Suqovuşan istiqamətlərində gedən döyüşlərdə iştirak edən Qafar Fərzəliyev ağır yaralanmasına baxmayaraq, yenidən döyüş meydanına qayıtmaq istəyib.
"Düşmənin əks-hücumunun qarşısını alarkən döyüş yoldaşım qucağımda şəhid oldu. Bizi minaatanla vururdular. Mən irəlidə gedirdim, o isə məndən 10-15 addım arxada idi. Məni tələsdirdi ki, tez ol, birdən səni vurarlar. 20-30 saniyə sonra yerimizi dəyişdik və minaatan onun yanına düşdü. Silahdaşını qucağında itirmək çox ağırdır. O, təzə ata olmuşdu, övladının qoxusunu doyunca ala bilməmişdi", - deyə Q.Fərzəliyev bildirib.
Vətən müharibəsi zamanı yaralanan Qafar Fərzəliyev müalicədən sonra hərbi xidmətini davam etdirmək istədiyini deyib. O, bu qərarının hərbi hospitalda polkovnik tərəfindən böyük dəstəklə qarşılandığını bildirib.
Qeyd edək ki, Qafar Fərzəliyevin qardaşı İlkin Fərzəliyev də Vətən müharibəsində iştirak edib və Suqovuşana Azərbaycan bayrağını sancıb.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
"UFC Fight Night Baku": İlkin döyüşlər başa çatıb, Fərman Həsənov qələbə qazanıb - YENİLƏNİB-6
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Leyla Əliyeva Qəbələdə "Gənc arıçı" layihəsinin iştirakçısı ilə görüşüb
I Qarabağ müharibəsinin daha üç itkin-şəhidi dəfn olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Green Energy Corridor Power Company"ə yeni rəhbər təyin olunub
-
Elman Rüstəmov bu səbəbdən şadlıq sarayını SATDI
-
Türkiyənin COP31 hazırlıqları Azərbaycanın COP29 təcrübəsinə əsaslanır
-
Qaraçuxur qəbiristanlığının hasarı uçurulub
-
Azərbaycanda toyda kütləvi zəhərlənmə
-
Türkiyə MMN "X"də Azərbaycanda keçirilən hərbi təlimdən videoçarx paylaşıb













