İsveçrə vətəndaşlarının əksəriyyəti neytrallıq qaydalarının sərtləşdirilməsini istəmir
İsveçrə seçiciləri bazar günü ölkənin hərbi neytrallığı çərçivəsində əlavə məhdudiyyətlərin qəbul olunması təklifini rədd edəcəklər.
"Far.Az"un "Reuters"ə istinadən məlumatına görə, hökumətin ilkin hesablamalarına əsasən, seçicilərin 2/3-dən çoxu neytrallığın sərtləşdirilməsi təşəbbüsünün əleyhinə səs verib.
Buna əsasən, İsveçrə iqtisadi sanksiyalarda iştirak etməkdən və ya hərbi münaqişələr çərçivəsində NATO ilə əməkdaşlıq etməkdən imtina edərdi.
Qeyd edək ki, İsveçrə 1815-ci ildən bəri silahlı münaqişələrdə və hərbi ittifaqlarda iştirakdan çəkinərək Paris müqaviləsi ilə təsbit olunmuş daimi hərbi neytrallıq siyasəti yürüdür.
Ölkə hərbi bloklaradaxil olmur və xaricdəki hərbi əməliyyatlarda iştirak etmir. Tarixən neytrallıq İsveçrəyə təcavüzkar dövlətlərə qarşı iqtisadi sanksiyalara qoşulmağa mane olmayıb.
27 sentyabr 2026-cı ildə ölkədə mühafizəkar qüvvələr ("Pro Schweiz" birliyi) tərəfindən irəli sürülən "Neytrallıq haqqında təşəbbüs" üzrə referendum keçirilib. İsveçrə Konstitusiyasında hər hansı müstəqil iqtisadi və diplomatik sanksiyaların tətbiqinə qadağanın (bunlara yalnız BMT Təhlükəsizlik Şurasının qərarı ilə icazə verərək) sərt şəkildə təsbit edilməsi, eləcə də digər ölkələrlə müdafiə əməkdaşlığının tamamilə dayandırılması təklif olunurdu. Hökumət və parlament bu dəyişikliklərin ölkəni xarici siyasətdə çeviklikdən məhrum edəcəyini göstərərək onlara qarşı çıxış edirdilər.
Oxşar xəbərlər
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Green Energy Corridor Power Company"ə yeni rəhbər təyin olunub
-
Elman Rüstəmov bu səbəbdən şadlıq sarayını SATDI
-
Türkiyənin COP31 hazırlıqları Azərbaycanın COP29 təcrübəsinə əsaslanır
-
Qaraçuxur qəbiristanlığının hasarı uçurulub
-
Türkiyə MMN "X"də Azərbaycanda keçirilən hərbi təlimdən videoçarx paylaşıb
-
Azərbaycanda toyda kütləvi zəhərlənmə













