ABŞ Prezidenti süni intellektlə bağlı açıqlama verəcək
ABŞ Prezidenti Donald Tramp 28 sentyabrda Ağ Evdə süni intellektlə bağlı açıqlama verəcək.
"Far.Az"un məlumatına görə, Donald Tramp bunu İllinoys ştatının Çikaqo şəhərindən qayıtdıqdan sonra Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərlə söhbətində bildirib.
Amerika liderinin iş cədvəlinə əsasən, bəyanat Bakı vaxtı ilə saat 22:00-a planlaşdırılıb. Müxbirlər Trampdan bəyanatda nələrin əhatə olunacağını soruşublar.
"Bildiyiniz kimi, çərşənbə axşamı "Anthropic"lə görüşümüz var. Bu, vacib olacaq. Bu gecə isə "Anthropic"in rəhbəri Dario Amodei ilə şam yeməyi yeyəcəyəm", - Tramp deyib.
D.Amodei daha əvvəl süni intellekt texnologiyalarına nəzarəti itirməyin bəşəriyyət üçün təhlükə yarada biləcəyi barədə xəbərdarlıq edib. O, həmçinin "Anthropic"in texnologiyalarının təhlükəsizliyini təmin etmək üçün süni intellektin inkişaf tempini lazım olduğu qədər yavaşlatmağa hazır olduğunu bildirib.
Tramp öz növbəsində süni intellektin maneəsiz inkişafını müdafiə edir.
Oxşar xəbərlər
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Green Energy Corridor Power Company"ə yeni rəhbər təyin olunub
-
Elman Rüstəmov bu səbəbdən şadlıq sarayını SATDI
-
Türkiyənin COP31 hazırlıqları Azərbaycanın COP29 təcrübəsinə əsaslanır
-
Qaraçuxur qəbiristanlığının hasarı uçurulub
-
Azərbaycanda toyda kütləvi zəhərlənmə
-
Türkiyə MMN "X"də Azərbaycanda keçirilən hərbi təlimdən videoçarx paylaşıb













