Futbolda qeyri-adi hadisə: oyunçunun saçını yolan iki futbolçu qırmızı vərəqə aldı
CONCACAF Millətlər Liqasında Antigua və Barbuda ilə Angilya arasında keçirilən matç qeyri-adi hadisə ilə yadda qalıb. Qarşılaşmada Angilyanın iki futbolçusu rəqib oyunçunun saçını çəkdiyi üçün meydandan qovulub.
Far.Az xəbər verir ki, Antigua və Barbuda rəqibini 5:0 hesabı ilə məğlub edib. Lakin görüşün əsas müzakirə olunan məqamı komandanın 36 yaşlı futbolçusu Aedan Scipionun uzun saçları ilə bağlı insidentlər olub.
Scipio 69-cu dəqiqədə meydana daxil olub. Üç dəqiqə sonra onun saçını çəkən Keon Greene birbaşa qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.
Matçın 90+3-cü dəqiqəsində isə Shalon Knight eyni hərəkəti təkrarlayıb. Hakim ona da qırmızı vərəqə göstərib.
Beləliklə, Angilya qarşılaşmanı 9 futbolçu ilə başa vurub. Antigua və Barbuda isə görüşdən 5:0 hesablı qələbə ilə ayrılıb.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
AFFA-da "Futbolda Uşaqların Hüquqlarının Qorunması" mövzusunda seminar təşkil olunub
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Green Energy Corridor Power Company"ə yeni rəhbər təyin olunub
-
Elman Rüstəmov bu səbəbdən şadlıq sarayını SATDI
-
Türkiyənin COP31 hazırlıqları Azərbaycanın COP29 təcrübəsinə əsaslanır
-
Qaraçuxur qəbiristanlığının hasarı uçurulub
-
Azərbaycanda toyda kütləvi zəhərlənmə
-
Türkiyə MMN "X"də Azərbaycanda keçirilən hərbi təlimdən videoçarx paylaşıb













