Tramp İran gələcəkdə təslim yolunu seçəcəyini bildirib
ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran gələcəkdə təslim yolunu seçəcək.
"Far.Az" xəbər verir ki, Tramp bu barədə süni intellekt texnologiyalarının hazırlanması ilə məşğul olan şirkətlərin rəhbərləri ilə görüşdən sonra Ağ evin qarşısında jurnalistlərə bildirib.
"Onların (İran hakimiyyətinin - red.) artıq təslim olmağa hazırlaşıb-hazırlaşmadığını bilmirəm. Amma onlar təslim olacaqlar. Onların işləri çox pis gedir", - Tramp bildirib.
O həmçinin qeyd edib ki, son bir neçə gün ərzində Hörmüz boğazı vasitəsilə tarixdəki istənilən vaxtdan daha çox neft nəql edilib.
Tramp bir daha İranın heç vaxt nüvə silahının olmayacağına əminliyini ifadə edib.
İran hakimiyyəti dəfələrlə nüvə silahı yaratmağa can atmadıqlarını bəyan edib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ohayo ştatında baş verən atışmada bir neçə nəfər yaralanıb
-
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
-
WP: Respublikaçılar Trampın bir sıra təyinatlarını bloklamaq niyyətindədirlər
-
Leyla Əliyeva Hanoy Ticarət və Turizm Kollecində Bakı guşəsinin açılışından paylaşım edib
-
Rəssam Nigar Ağabəylinin "İki dünya arasında" adlı fərdi sərgisi açılıb
-
"Araz-Naxçıvan"a qalib gələn "Neftçi" turnir cədvəlində vahid liderə çevrilib













