ABŞ səfirliyi: Azərbaycanla müdafiə sahəsində tərəfdaşlığı genişləndiririk
ABŞ-nin Bakıdakı müvəqqəti işlər vəkili Emi Karlon "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian"da iştirak edib, müdafiə, təhlükəsizlik sahələrində yeni texnologiyalar və əməkdaşlıq imkanları ilə tanış olub.
"Report" xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.
"Müvəqqəti işlər vəkili Emi Karlon Bakıda keçirilən 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində (ADEX 2026) iştirak edib. O, amerikalı, azərbaycanlı və beynəlxalq tərəfdaşlarla birlikdə müdafiə, təhlükəsizlik sahələrində yeni texnologiyalar və əməkdaşlıq imkanları ilə tanış olub", - məlumatda bildirilib.
Qeyd olunub ki, bu il keçirilən ADEX sərgisi ABŞ-nin geniş iştirakı ilə diqqət çəkir: "Sərgidə, o cümlədən ilk dəfə iştirak edən Amerika müdafiə sənayesi şirkətləri ilə yanaşı, Lockheed Martin, Northrop Grumman, Ondas, SIG SAUER, Vantor, Persistent Systems, Motorola, L3Harris, Curtiss-Wright və Space Eyes kimi ABŞ şirkətləri də təmsil olunur.
Strateji Tərəfdaşlıq Xartiyamız çərçivəsində Birləşmiş Ştatlar ilə Azərbaycan müdafiə və təhlükəsizlik sahəsində tərəfdaşlığını genişləndirməyə davam edir".
Müvəqqəti işlər vəkili Emi Karlon Bakıda keçirilən 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində (ADEX 2026) iştirak edib. O, amerikalı, azərbaycanlı və beynəlxalq tərəfdaşlarla birlikdə müdafiə və təhlükəsizlik sahələrində yeni texnologiyalar və əməkdaşlıq imkanları ilə tanış… pic.twitter.com/fCmsMLNOzk
— U.S. Embassy Baku (@USEmbassyBaku) September 30, 2026
Oxşar xəbərlər
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - YENİLƏNİB
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Green Energy Corridor Power Company"ə yeni rəhbər təyin olunub
-
Elman Rüstəmov bu səbəbdən şadlıq sarayını SATDI
-
Tramp Milli Kəşfiyyat direktorunu süni intellektin inkişafı üzrə məsul şəxs vəzifəsinə təklif edib
-
Qaraçuxur qəbiristanlığının hasarı uçurulub
-
Türkiyənin COP31 hazırlıqları Azərbaycanın COP29 təcrübəsinə əsaslanır
-
Türkiyə MMN "X"də Azərbaycanda keçirilən hərbi təlimdən videoçarx paylaşıb













