Fərid Şəfiyev: Azərbaycan-Ermənistan sülh prosesi dörd istiqamət üzrə gedir
Azərbaycan və Ermənistan arasında sülh prosesi dörd əsas istiqamət üzrə davam edir.
Far.Az apa-ya istinadən xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin sədri Fərid Şəfiyev Bakıda keçirilən Mərkəzi Asiya–Monqolustan–Qafqaz–Əfqanıstan (CAMCA) Regional Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, İkinci Qarabağ müharibəsindən sonra regionun geosiyasi mənzərəsi əsaslı şəkildə dəyişib və hazırda Azərbaycanla Ermənistan arasında sülh prosesi davam edir.
"Bizim dörd istiqamətimiz var. Birincisi sülh müqaviləsi, ikincisi delimitasiya, üçüncüsü nəqliyyat bağlantıları, dördüncüsü isə vətəndaş cəmiyyətləri arasında əlaqələrdir", – F. Şəfiyev qeyd edib.
Onun sözlərinə görə, son dövrdə, o cümlədən mədəni irslə bağlı müəyyən çətinliklər yaransa da, ümumilikdə müsbət dinamika qorunub saxlanılır.
F. Şəfiyev Cənubi Qafqazda dayanıqlı sülhün Gürcüstan olmadan qurulmasının mümkün olmadığını da vurğulayıb. Onun fikrincə, regionun üç ölkəsinin siyasi və iqtisadi əməkdaşlıq üçün ortaq platforma formalaşdırması vacibdir.
O, regionun inkişafına təsir edən digər mühüm amillər sırasında Orta Dəhlizi, enerji və inteqrasiya proseslərini də qeyd edib. Şəfiyev enerji əməkdaşlığının yalnız ənənəvi neft və qazla məhdudlaşmadığını, alternativ enerjinin də bu istiqamətdə əhəmiyyət daşıdığını bildirib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Xankəndidə əsaslı şəkildə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışında iştirak edib
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tanınmış rəqqas Nicat Azadlı xanımına şiddət göstərdi - Polis araşdırma aparır
-
Fransada məktəblərdə ETİRAZ - 100-dən çox təhsil müəssisəsinə ziyan dəyib
-
Bakının iki rayonunda işıq kəsiləcək
-
Hikmət Hacıyev: Hazırda Bakı ilə Moskva arasında münasibətlər sabitdir
-
Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır
-
Coratda qadın qətlə yetirilib, əri şübhəli bilinir













