Pərviz Şahbazov: "Yeni reallıqlar regional əməkdaşlıq üçün geniş imkanlar açır" - YENİLƏNİB
Far.Az xəbər saytı

Pərviz Şahbazov: "Yeni reallıqlar regional əməkdaşlıq üçün geniş imkanlar açır" - YENİLƏNİB


Qlobal iqtisadi münasibətlərin və təchizat zəncirlərinin yenidən formalaşdığı, şaxələndirilmiş enerji və nəqliyyat bağlantılarının əhəmiyyətinin artdığı bir dövrdə Cənubi Qafqazda yaranmış yeni reallıqlar regional əməkdaşlıq, ticarət və investisiyalar üçün geniş imkanlar açır.

"Far.Az" Energetika Nazirliyinə istinadən xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Afinada Azərbaycan və Yunanıstan hökumətləri arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq üzrə Birgə Komissiyanın VI iclası çərçivəsində keçirilən biznes forumda bildirib.

Onun sözlərinə görə, Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi, iqtisadiyyatın şaxələndirilməsi, enerji və nəqliyyat bağlantılarının, logistika və rəqəmsal infrastrukturun inkişafı istiqamətində həyata keçirilən siyasətin ölkənin investisiya cəlbediciliyini gücləndirib. Qeyri-neft-qaz sektorunun ÜDM-də payının 70 %-i ötdüyü, son 20 ildə Azərbaycan iqtisadiyyatına 350 milyard ABŞ dollarından çox investisiya yatırıldığı diqqətə çatdırılıb.

Forumda çıxış edən energetika naziri Pərviz Şahbazov bildirib ki, Azərbaycanın yalnız kapital cəlbində deyil, yeni texnologiya, bilik və təcrübə gətirən, istehsal və ixrac imkanlarını genişləndirən uzunmüddətli investisiya tərəfdaşlıqlarında maraqlıdır. Yunanıstan biznesi üçün enerji, nəqliyyat və logistika, rəqəmsal iqtisadiyyat, sənaye və istehsal, kənd təsərrüfatı, qida emalı və turizm perspektivli əməkdaşlıq istiqamətləri kimi təqdim edilib. Cənub Qaz Dəhlizi ilə formalaşmış enerji tərəfdaşlığının yaşıl enerji və yeni enerji bağlantıları ilə genişləndirilməsi imkanları diqqətə çatdırılıb.

Nəqliyyat və logistika sahəsində Orta Dəhlizin artan əhəmiyyəti vurğulanaraq Azərbaycanın strateji mövqeyi ilə Yunanıstanın liman və dənizçilik imkanlarının uzlaşdırılmasının Şərq-Qərb bağlantılarının Aralıq dənizi və Avropa bazarlarına çıxışını genişləndirə biləcəyi bildirilib. Rəqəmsal iqtisadiyyat, süni intellekt, data mərkəzləri, rəqəmsal infrastruktur, sənaye və istehsal sahələrində əməkdaşlıq perspektivləri də nəzərdən keçirilib. Ələt Azad İqtisadi Zonası, sənaye parkları və müasir logistika infrastrukturu Yunanıstan şirkətləri üçün Azərbaycanda istehsal və daha geniş regional bazarlara çıxış baxımından əlverişli imkanlar kimi təqdim olunub.

Yunanıstan biznes dairələri Azərbaycanın investisiya imkanlarından fəal yararlanmağa, yeni layihələrin həyata keçirilməsinə və uzunmüddətli tərəfdaşlığa dəvət edilib. Forumun qarşılıqlı investisiyaların artırılmasına və Azərbaycan-Yunanıstan iqtisadi əməkdaşlığının konkret layihələrlə zənginləşdirilməsinə töhfə verəcəyinə inam ifadə edilib.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və Yunanıstanın İnvestisiya və Ticarətin Təşviqi Agentliyinin (Enterprise Greece) təşkilatçılığı ilə forumda hər iki ölkənin 90-dan çox şirkəti iştirak edib.

Forum işini şirkətlər arasında B2B görüşlərlə davam etdirib.

Yunanıstan biznesini Azərbaycanın əlverişli investisiya mühitindən və regional bağlantı imkanlarından yararlanmağa, qarşılıqlı investisiyaları artırmağa və uzunmüddətli tərəfdaşlıqlar qurmağa dəvət edilib.

"Far.Az" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir bildirib ki, Afinada Hökumətlərarası Komissiyanın VI iclası çərçivəsində 90-dan çox şirkətin iştirakı ilə keçirilən Azərbaycan-Yunanıstan biznes forumunda ölkəmizin investisiya imkanları təqdim edilib.

P. Şahbazov qeyd edib ki, enerji, "yaşıl enerji" bağlantıları, nəqliyyat və logistika, rəqəmsal texnologiyalar, sənaye və digər sahələrdə investisiya və biznes əməkdaşlığının inkişaf istiqamətləri diqqətə çatdırılıb.

Oxşar xəbərlər

İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Azərbaycanın yeni sənaye modelinin konturları - TƏHLİL
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər