Azərbaycan şahmatçılarının oktyabr ayı üçün FIDE reytinqi bəlli olub
Far.Az xəbər saytı

Azərbaycan şahmatçılarının oktyabr ayı üçün FIDE reytinqi bəlli olub


Beynəlxalq Şahmat Federasiyası (FIDE) oktyabr ayı üçün reytinq cədvəlini yeniləyib.

"Report" FIDE-nin rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarov (2710) 29-cu pillədə qərarlaşıb.

Teymur Rəcəbov (2689) 38-ci, Aydın Süleymanlı (2679) 41-ci yerdədir. Məhəmməd Muradlı (2662) 53-cü, Rauf Məmmədov (2632) 89-cudur.

Siyahıya norveçli Maqnus Karlsen (2823) başçılıq edir.

Qadınlardan Ülviyyə Fətəliyeva (2395) 55-ci, Gövhər Beydullayeva (2392) 57-ci, Xanım Balacayeva (2357) 83-cü, Günay Məmmədzadə (2348) 93-cü pillədə qərarlaşıb.

Birinci sırada çinli Yifan Hou (2596) yer alıb.

Oxşar xəbərlər

Aydın Süleymanlı dünya çempionu Maqnus Karlseni məğlub edib
FIDE reytinqi: Azərbaycan şahmatçılarının mövqeyi bəlli olub
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
DÇ-2026-nın ən cazibədar xanım azarkeşləri
Global Media Group şahmat turniri təşkil etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər