Azərbaycanda süni intellektin təhlükəsizliyi ilə bağlı zirvə toplantısı keçiriləcək
Azərbaycanda dövlət qurumlarında süni intellektdən istifadə qaydaları və tətbiqi istiqamətində tələblərin formalaşdırılması üzrə işlərə start verilib.
"Far.Az" xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin İdarə rəisi Nadir Novruzov ADEX 2026 – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində panel müzakirədə bildirib.
Onun sözlərinə görə, süni intellektin yarada biləcəyi risklərin müəyyən edilməsi istiqamətində səlahiyyətlər Xidmətə verilib: "Bu mövzunu əhatə etmək üçün ənənəvi olaraq Azərbaycanda dövlət qurumlarının informasiya təhlükəsizliyi və İT rəhbərlərinin zirvə toplantısı keçirilir. Bu il oktyabrın 20-də IX belə toplantı baş tutacaq və əsas mövzumuz süni intellektin təhlükəsizliyi olacaq. Dəvət olunmuş mütəxəssislər tərəfindən təhlükəsizliklə bağlı müəyyən istiqamətlər veriləcək. Toplantıda panel sessiyalarımız keçiriləcək və müvafiq istiqamətlərdə müzakirələr aparılacaq. Yaxın vaxtlarda dövlət qurumlarına iştirakla bağlı rəsmi məktublar ünvanlanacaq və qurum nümayəndələri həmin tədbirə dəvət ediləcəklər".
Oxşar xəbərlər
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - YENİLƏNİB
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Heydər Əliyev Mərkəzində "Vəhşi təbiətin super qəhrəmanları" sərgisi açılıb
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu deputatın mandatı ləğv edildi
-
Sabahdan temperatur 10° enəcək - XƏBƏRDARLIQ
-
Azərbaycanda mənzil və avtomobillər kimlərə pulsuz verilir - RƏSMİ CAVAB
-
TÜRKPA Baş katibi Qazaxıstan Qurultayının sədri ilə görüşüb
-
Tanınmış rəqqas Nicat Azadlı xanımına şiddət göstərdi - Polis araşdırma aparır
-
Ötən ay 6 min hektardan çox ərazi minalardan təmizlənib













