"Dawn": Hindistan sərhədçilərinin açdığı atəş nəticəsində 2 pakistanlı ölüb
Far.Az xəbər saytı

"Dawn": Hindistan sərhədçilərinin açdığı atəş nəticəsində 2 pakistanlı ölüb


Kasurda (Pakistan) sərhəd bölgəsində Hindistan Sərhəd Təhlükəsizliyi Qüvvələrinin (BSF) atəş açması nəticəsində 2 pakistanlı ölüb, 1-i isə yaralanıb.

"Far.Az" xəbər verir ki, bu barədə "Dawn" qəzeti təhlükəsizlik xidmətlərindəki mənbələrə istinadən məlumat yayıb.

Onların məlumatına görə, Ladhar kəndinin 3 sakini sərhəd dirəyindən bir neçə addım uzaqlaşdıqdan sonra Hindistan sərhədçiləri xəbərdarlıq etmədən onlara atəş açıblar.

Mənbələr iddia edir ki, həmin 3 şəxs silahsız olub və sərhəd hasarını keçməyə cəhd etməyib.

Pakistan mənbələri baş verənləri sərhəd razılaşmasının və Pakistanla Hindistan arasındakı sərhədi tənzimləyən standart prosedurların pozulması kimi qiymətləndirib.

Hindistan mediası ölən şəxsləri sərhədi pozmağa cəhd göstərməkdə şübhəli bilinən şəxslər kimi təqdim edib. Pakistan tərəfi bu versiyanı rədd edir.

Oxşar xəbərlər

İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
İlham Əliyev Zəngilanın Ağalı kəndinin 2-ci mərhələsinin və Məmmədbəyli kəndinin açılışlarında iştirak edib
Nəsimi rayonunda polis əməkdaşları arasında silahsız özünümüdafiə üzrə çempionat keçirilib
Güllüdüz kəndinin tarixi və əhali tərkibi ilə bağlı məlumatlar açıqlanıb
Türkiyə mediası Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışını geniş işıqlandırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər