Naxçıvanda avtomobilin vurduğu piyada ölüb - YENİLƏNİB
Far.Az xəbər saytı

Naxçıvanda avtomobilin vurduğu piyada ölüb - YENİLƏNİB


Naxçıvanda avtomobilin vurduğu piyada ölüb.

"Far.Az"un yerli bürosu xəbər verir ki, "Hyundai" markalı avtomobilin vurduğu 1957-ci il təvəllüdlü Nağıyev Nağı Mahmud oğlu xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Naxçıvanda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Far.Az"un yerli bürosu xəbər verir ki, hadisə Naxçıvan şəhərinin Nizami küçəsində qeydə alınıb.

Belə ki, "Hyundai" markalı avtomobil yolu keçən 1957-ci il təvəllüdlü Nağıyev Nağı Mahmud oğlunu vurub.

Xəsarət alan şəxs Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
Sumqayıtda piyadanın ölümü ilə nəticələnən AĞIR QƏZA OLUB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər