İranda Bəlucistan gərginliyi: Hakimiyyət bölgəyə nəzarəti itirir?
Sentyabr ayı ərzində və oktyabrın ilk günündə İranın cənub-şərqində, Pakistan və Əfqanıstanla həmsərhəd Sistan və Bəlucistan əyalətində hökumət qüvvələri ilə yerli silahlı qruplar arasında ardıcıl toqquşmalar baş verib.
Əsasən sünni məzhəbinə mənsub etnik bəluçların yaşadığı bu əyalətdə əvvəllər də vaxtaşırı silahlı insidentlər qeydə alınıb. Lakin bu dəfə diqqətçəkən məqam toqquşmalar arasındakı zaman fasiləsinin azalması, hökumət qüvvələrinin ciddi itkilər verməsi və ən əsası, müxalif qrupların əməliyyatlarını daha mütəşəkkil və koordinasiyalı şəkildə həyata keçirməsidir.
BAKU.WS xəbər verir ki, bu barədə "Azad İran" "YouTube" kanalının videosüjetində bəhs edilir.
"Bütün bunlar ABŞ və İsraillə hərbi qarşıdurma şəraitində olan İran hakimiyyətinin narahatlığı üçün ciddi əsaslar yaradır. Bu narahatlıq fonunda hakimiyyət terrorçu və təkfirçi adlandırdığı bəluç qruplarına qarşı getdikcə daha çox qüvvə cəlb etməyə başlayıb. Nəticədə son bir neçə həftə ərzində Bəlucistanda baş verən qarşıdurmalar adi polis əməliyyatlarından daha genişmiqyaslı xarakter alıb.
Bu baxımdan, sentyabrın 12-də və 23-də Səravan şəhristanının Bəxşan və Cihadabad bölgələrində, sentyabrın 29-da İranşəhrdə, oktyabrın 1-də isə əyalətin mərkəzi Zahidan şəhəri yaxınlığındakı Mənzilab yaşayış məntəqəsində baş verən toqquşmalar xüsusi qeyd olunur.
Bu əməliyyatlarda hökumət qüvvələri tərəfindən təkcə polis komandanlığının əməkdaşları deyil, həmçinin "Sepah"ın və Kəşfiyyat Nazirliyinin xüsusitəyinatlı birləşmələri də iştirak edib" , - deyə videosüjetdə bildirilib.
Oxşar xəbərlər
Polis Günündə də post başında – Bakının küçələrindən diqqətçəkən FOTOLAR
Ermənilərin Ayqut adlandırdığı Gölkənd haqqında mühüm faktlar açıqlanıb - "Qərbi Azərbaycanın yaddaş yerləri"
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tanınmış rəqqas Nicat Azadlı xanımına şiddət göstərdi - Polis araşdırma aparır
-
Fransada məktəblərdə ETİRAZ - 100-dən çox təhsil müəssisəsinə ziyan dəyib
-
Bakının iki rayonunda işıq kəsiləcək
-
Hikmət Hacıyev: Hazırda Bakı ilə Moskva arasında münasibətlər sabitdir
-
Elşən Həsənov: Azərbaycanda kiber ordu ilə bağlı müəyyən institusional fəaliyyət mövcuddur
-
Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır













