Böyük Qayıdış proqramı çərçivəsində Suqovuşana 180, Talışa isə 20 ailə köçürülüb
Böyük Qayıdış proqramı çərçivəsində Suqovuşana 180 ailənin, ümumilikdə 591 nəfərin köçürülməsi təmin olunub.
Bu barədə "Far.Az"a Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, Suqovuşan kəndində əhalinin qayıdışının təmin edilməsi məqsədilə yeni yaşayış kompleksi yaradılıb. Kompleksdə 190 mənzil inşa olunub. Böyük Qayıdış proqramı çərçivəsində Suqovuşana 180 ailənin, ümumilikdə 591 nəfərin köçürülməsi təmin olunub. Kənddə, həmçinin 144 şagird yerlik tam orta məktəb əsaslı təmir olunub və şagirdlərin istifadəsinə verilib. Suqovuşanda Elektrik enerjisi təminatının gücləndirilməsi məqsədilə "Suqovuşan-1" və "Suqovuşan-2" Kiçik Su Elektrik stansiyaları yenidən qurulub. Suqovuşan kəndində yeni məscid də tikilərək istifadəyə verilib.
Talış kəndində isə ilkin mərhələdə 20 fərdi ev bərpa və yenidən inşa olunub, 20 ailənin, ümumilikdə 90 nəfərin kəndə qayıdışı təmin edilib. Talış kəndində 78 şagird yerlik məktəb, uşaq bağçası, inzibati bina, ictimai və iaşə obyektləri də bərpa edilib və yenidən qurulub. Kənddə Böyük Qayıdış proqramı çərçivəsində sakinlərin doğma yurda qayıdışı mərhələli şəkildə davam etdirilir. Hər iki kənddə sakinlərin rahat və təhlükəsiz yaşayışının təmin edilməsi məqsədilə müasir sosial, kommunal və yol-nəqliyyat infrastrukturu yaradılıb.
Kənddaxili yollar çəkilib, küçələr abadlaşdırılıb və nəqliyyatın rahat hərəkəti üçün zəruri şərait yaradılıb .Suqovuşan və Talış kəndlərində tibb məntəqələri yaradılıb. Hər iki kəndin fasiləsiz elektrik enerjisi, içməli su, təbii qaz və yüksək sürətli internetlə təmin edilməsi üçün müasir infrastruktur qurulub. Bununla sakinlərin gündəlik yaşayışının rahat və dayanıqlı şəkildə təmin olunması üçün bütün zəruri kommunal imkanlar yaradılıb.
Suqovuşanda sosial və ictimai infrastrukturun inkişafı, eləcə də kəndin turizm potensialından səmərəli istifadə olunması istiqamətində də mühüm layihələr həyata keçirilib. Suqovuşan Su anbarı ətrafında yeni park yaradılıb. Park sakinlərin və kəndə gələn qonaqların istirahəti üçün müasir və əlverişli məkan kimi formalaşdırılıb.Bundan başqa, Suqovuşanda məktəb, sosial və xidmət obyektləri, enerji infrastrukturu və turizm obyektləri yaradılıb və ya bərpa olunub.
Talış kəndində də məktəb, uşaq bağçası, inzibati və digər sosial obyektlər istifadəyə verilib.Suqovuşan və Talış kəndlərində həyata keçirilən bərpa-quruculuq işləri yaşayış fondunun və yol infrastrukturunun yenilənməsi ilə yanaşı, sosial, kommunal, təhsil, səhiyyə, enerji, rabitə və turizm sahələrini də əhatə edir.
Oxşar xəbərlər
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Xocalı şəhərində "Qarabağ Tekstil Evi" MMC istifadəyə verilib
Xankəndi, Xocalı və Ağdərə məktəblərində "Son zəng" çalınıb
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fransada məktəblərdə ETİRAZ - 100-dən çox təhsil müəssisəsinə ziyan dəyib
-
Bakıda müəmmalı taleyi olan bina: 26 ildir niyə satışa çıxarılmır?
-
Elşən Həsənov: Azərbaycanda kiber ordu ilə bağlı müəyyən institusional fəaliyyət mövcuddur
-
Portuqaliyalı hakim Qustavo Korreya ilk dəfə Azərbaycan təmsilçisinin oyununu idarə edəcək
-
Aİ Şurasının nümayəndə heyətinə Ağdamda aparılan quruculuq barədə məlumat verilib
-
"Başını kəsmişdi, saçları üzünə tökülmüşdü" - Şəhanənin qətlə yetirildiyi evdən görüntülər













