İngiltərə yığması Xorvatiyaya tarixində ən böyük məğlubiyyəti yaşadıb
Futbol üzrə İngiltərə yığması Millətlər Liqasının səfər matçında Xorvatiya komandasını 0:7 hesabı ilə darmadağın edib.
"Far.Az" xəbər verir ki, Riyekadakı görüşdə Harri Keyn dubl rəsmiləşdirib (8-ci və 53-cü dəq.), Cud Bellinqem 21-ci, Entoni Qordon 39-cu, Morqan Rocers 87-ci dəqiqələrdə fərqlənib, Bukayo Saka da dubl müəllifi olub (45-ci və 68-ci dəq.).
Görüş 2025-ci ilin martında Millətlər Liqasının Fransaya qarşı matç zamanı xorvatiyalı azarkeşlərin törətdikləri iğtişaşlarla əlaqədar qapalı formatda keçirilib.
İngiltərə yığması sonuncu dəfə 2023-cü ilin iyununda Avropa Çempionatının seçmə mərhələsində Şimali Makedoniyanı 7:0 hesabı ilə məğlub edib. İngiltərə Xorvatiyaya qarşı 14-cü matçını keçirib (doqquz qələbə, iki heç-heçə, üç məğlubiyyət), ingilislər daha əvvəl bu rəqibə 2:0-dan böyük hesabla qalib gəlməyiblər. Ümumilikdə Xorvatiya öz tarixindəki ən böyük məğlubiyyətə uğrayıb.
İngilislər üç matçda altı xal toplayıblar və 3-cü qrupda ikinci yerdədirlər. Xorvatlar üç xalla üçüncü pillədə qərarlaşıblar.
Növbəti matçda İngiltərə oktyabrın 6-da Çexiyanı qəbul edəcək, Xorvatiya isə həmin gün evdə İspaniya ilə oynayacaq.
Oxşar xəbərlər
DÇ-2026: İngiltərə Fransaya 6:4 hesabı ilə qalib gələrək dünya üçüncüsü olub - YENİLƏNİB-11
İngiltərə DÇ-2026-ya Xorvatiya üzərində böyükhesablı qələbə ilə başlayıb - YENİLƏNİB-8
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
DÇ-2026: İngiltərə Norveçə qalib gələrək yarımfinala yüksəlib - YENİLƏNİB-8
Braziliya - Norveç matçını dünya ulduzları tribunadan izləyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Jezuş Ronaldonu Portuqaliya millisinə qaytarmağa hazır olduğunu bildirib
-
Merve Özbey səhnədən yıxıldı - Qolu sındı
-
Pensiya və təqaüdlərin ödəniləcəyi tarix açıqlandı
-
UEFA Millətlər Liqası: Türkiyə İtaliya, Fransa isə Belçika ilə üz-üzə gələcək
-
WSJ: ABŞ bütün bombardmançı təyyarələrini "Ferford" bazasından çıxarıb
-
Mahir Məmmədov FIDE prezidenti Timur Turlovla əməkdaşlığı müzakirə edib













