Robert Fitso Serbiyada parlament seçkilərin öncəsi Vuçiçə dəstək verib
Far.Az xəbər saytı

Robert Fitso Serbiyada parlament seçkilərin öncəsi Vuçiçə dəstək verib


Slovakiyanın Baş naziri Robert Fitso Serbiyada parlament seçkiləri ərəfəsində ölkənin keçmiş prezidenti Aleksandar Vuçiçi dəstəklədiyini bildirib.

"Far.Az"un "Radio-televizija Vojvodine"yə (RTV) istinadən məlumatına görə, Fitsonun mesajı Belqradda Vuçiç tərəfdarlarının seçkiqabağı mitinqində oxunub.

"Serbiya və Slovakiya suveren siyasətin qəti tərəfdarlarıdır. Hesab edirən, Serbiyanın suverenliyini qətiyyətlə müdafiə etmək və müstəqil qərarlar qəbul etmək hüququ var, baxmayaraq ki, məhz buna görə də Aİ-yə daxil olmaq üçün yeni şərtlər və öhdəliklər qoyulur", - məlumatda deyilir.

Fitso müstəqil siyasət yürütdüyünü deyərək Serbiyanı və Vuçiçi dəstəklədiyini bildirib. Slovakiyanın Baş naziri həmçinin ona qarşıdan gələn seçkilərdə uğurlar arzulayıb.

Fitso həmçinin vurğulayıb ki, Slovakiya Serbiyanın ərazi bütövlüyünü dəstəkləməyə davam edəcək və Kosovo ilə bağlı mövqeyini dəyişməyəcək.

"Kosovo və Metoxiya məsələsinə gəldikdə, biz sizi heç vaxt məyus etməyəcəyik", - mesajda deyilir.

Xatırladaq ki, Serbiyada parlament seçkiləri oktyabrın 25-ə təyin edilib, Vuçiç sentyabrın 27-də prezident vəzifəsindən istefa verib.

Oxşar xəbərlər

Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan və Serbiya prezidentləri mətbuata bəyanatla çıxış ediblər - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər