Maks Ferstappen Malayziya Qran-prisinin qalibi olub
Far.Az xəbər saytı

Maks Ferstappen Malayziya Qran-prisinin qalibi olub


"Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen "Formula-1" üzrə Malayziya Qran-prisinin qalibi olub.

"Report" xəbər verir ki, 29 yaşlı dördqat dünya çempionu cari mövsümdə ilk qələbəsini qazanıb.

İkinci yeri "Mercedes" pilotu Andrea Kimi Antonelli, üçüncü yeri isə "Ferrari"dən Luis Hamilton tutub.

"Mercedes"in digər pilotu Corc Rassell 50-ci dövrəyədək üçüncü pillədə olub, lakin mühərrikində yaranan problem səbəbindən yarışı davam etdirə bilməyib.

Yağış səbəbindən 1 saat 24 dəqiqə gec başlayan yarış Malayziyanın "Sepanq" avtodromunda keçirilib.

Oxşar xəbərlər

"Formula 1": Azərbaycan Qran-prisinin qalibi bəlli olub
Formula 1: Corc Rassel sıralama turunu birinci sırada bitirib
"Formula 1": Corc Rassell ilk dəfə Azərbaycan Qran-prisinin qalibi olub
"Formula 1": Maks Ferstappen liderliyini davam etdirir
F1: Azərbaycan Qran-prisinin ilk günündən - FOTOREPORTAJ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər