Bakıda keçirilmiş üzgüçülük üzrə Dünya Kuboku rekordlarla yadda qalıb
Far.Az xəbər saytı

Bakıda keçirilmiş üzgüçülük üzrə Dünya Kuboku rekordlarla yadda qalıb


Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin (GİN) dəstəyi ilə Bakı Su İdmanı Sarayında oktyabrın 1-3-də keçirilmiş Dünya Kuboku bir sıra rekordlarla yadda qalıb.

Bu barədə "Report"a ASF-dən məlumat verilib.

"İpək Yolu" adlanan beynəlxalq yarışda 44 ölkədən 216 idmançı mübarizə aparıb. Azərbaycanı turnirdə 15 üzgüçü təmsil edib.

Azərbaycan milli komandası medal qazana bilməsə də, idmançılar şəxsi nəticələrini yaxşılaşdırmağa müvəffəq olublar. Belə ki, üzgüçülər 7 Azərbaycan rekordu və 16 şəxsi rekord yeniləniblər.

Yarış çərçivəsində beynəlxalq səviyyəli rekord nəticələr də qeydə alınıb. Avstraliya təmsilçisi Kemeron Makevoy 50 metr məsafəyə sərbəst üsulla üzməkdə 20,22 saniyə nəticə göstərərək, Dünya Kuboku rekordunu yeniləyib. Rusiyalı Yeqor Kornev isə 100 metr məsafəyə sərbəst üsulla üzməkdə 44,84 saniyə nəticə göstərərək dünya rekorduna ortaq olub.

Dünya Kubokunun yekununda xal prinsipinə əsasən kişilər arasında Yeqor Kornev (Rusiya) birinci, Luk Barr (ABŞ) ikinci, Piter Kutsi (Cənubi Afrika Respublikası) isə üçüncü yeri tutub.

Qadınlar arasında isə Marrit Stenberxen (Hollandiya) qalib olub. Ros Vanotterdayk (Belçika) ikinci, Yu Yitinq (Çin) isə üçüncü pillədə qərarlaşıb.

"İpək Yolu" Dünya Kuboku yalnız idman mübarizəsi ilə deyil, beynəlxalq əməkdaşlıq və ölkələrin idman nümayəndə heyətlərinin bir araya gəlməsi baxımından da əhəmiyyətli tədbir kimi yadda qalıb. Yarış çərçivəsində iştirakçılar üçün müxtəlif tədbirlər və proqramlar təşkil olunub, Bakının tarixi və mədəni irsi ilə tanışlıq imkanları yaradılıb.

Oxşar xəbərlər

Bakıda keçirilən üzgüçülük üzrə Dünya Kubokunun ikinci günü yeni rekordlarla yadda qalıb
Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
Üzgüçülük üzrə Azərbaycan çempionatı başa çatıb - YENİLƏNİB
Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər