Şəhid anasının xatirəsi: "Oğluma dedim ki, əsir düşməmək üçün özünü vur"
Oğuz rayonunun Xaçmaz kəndində dünyaya gələn Rəvan Lətifov doğmalarının, həmkarlarının və xüsusilə şagirdlərinin yaddaşında qəhrəman müəllim kimi qalıb.
44 günlük Vətən müharibəsi başlayanda o, sevimli şagirdlərini və 11 aylıq övladını Vətənə əmanət qoyaraq döyüşlərə qatılıb. Qəhrəmancasına vuruşan Rəvan Lətifov şəhidlik zirvəsinə ucalıb.
Şəhidin anası Gültəkin Lətifova Baku TV-yə oğlunun müharibəyə yollanması və onunla sonuncu telefon danışığı barədə danışıb:
"Dörd övladım var. Rəvan ailənin sonbeşiyi idi. Səfərbərlik elan olunanda, Vətən darda qalanda Şuşanın harayına dözə bilmədi və Vətənin müdafiəsinə yollandı. Həmin vaxt ailəli idi, bir övladı var idi. Nəvəm atası müharibəyə gedəndə 11 aylıq idi, indi isə birinci sinifdə oxuyur.
Noyabrın 5-i mənim ad günüm idi. Zəng edib məni təbrik etdi və sonuncu dəfə onun səsini eşitdim. Dedi ki, ana, bizi irəli aparırlar, bir daha görüşməyə və danışmaya bilərik.
Mən də ona dedim: Oğul, görsən ki, ermənilərə əsir düşmək ehtimalın var, özünü öldür. Şəhid olsan, dözərəm, amma əsir düşməyinə dözə bilmərəm".
Oxşar xəbərlər
Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
"McDonald"s Azərbaycan" ölkə üzrə şəhid ailələrinin birinci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin etdi
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda market və avtomobildən oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar
-
Robert Fitso Serbiyada parlament seçkiləri öncəsi Vuçiçə dəstək verib
-
Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb
-
Konqo DR Səhiyyə Nazirliyi: Ebola epidemiyasının piki geridə qalıb
-
Tramp: İran nüvə silahını yaratmaq planlarından imtina edib
-
Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb













