UEFA Millətlər Liqası: Azərbaycan millisi ilk qələbəsini qazanıb
Far.Az xəbər saytı

UEFA Millətlər Liqası: Azərbaycan millisi ilk qələbəsini qazanıb


Azərbaycan millisi UEFA Millətlər Liqasında cari mövsüm ilk qələbəsini qazanıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, Ayxan Abbasovun baş məşqçi olduğu komanda Bakıda Litvanı qəbul edib.

8-ci km stadionunda baş tutan görüş millinin qələbəsi ilə başa çatıb - 1:0.

Yeganə qolu 25-ci dəqiqədə Abdulla Xaybulayev rəqib qapısından keçirib.

Xatırladaq ki, Azərbaycan millisi qrupdakı son matçını noyabrın 13-də səfərdə Lixtenşteynə qarşı keçirəcək.

***

UEFA Millətlər Liqasının Azərbaycan - Litva matçında ikinci hissə başlayıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, fasilədən sonra Azərbaycan millisi hesabda öndədir - 1:0.

Görüşün baş hakimi portuqaliyalı FIFA referisi Qustavo Korreyadır.

***

UEFA Millətlər Liqasının Azərbaycan - Litva matçında ilk hissə başa çatıb.

BAKU.WS report-a istinadən xəbər verir ki,, Azərbaycan millisi fasiləyə 1:0 hesablı üstünlüklə yollanıb.

Görüşün baş hakimi portuqaliyalı FIFA referisi Qustavo Korreyadır.

***

UEFA Millətlər Liqasının Azərbaycan - Litva matçında hesab açılıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, Azərbaycan millisinin heyətində Abdulla Xaybulayev fərqlənib - 1:0.

Görüşün baş hakimi portuqaliyalı FIFA referisi Qustavo Korreyadır.

***

UEFA Millətlər Liqasının Azərbaycan - Litva matçına start verilib.

BAKU.WS report-a istinadən xəbər verir ki, D liqasının 2-ci qrupunun oyunu 8-ci km stadionunda keçirilir.

Görüşün baş hakimi portuqaliyalı FIFA referisi Qustavo Korreyadır.

Xatırladaq ki, milli komanda hazırda qrupda 2 xalla 2-ci pillədə qərarlaşıb. Litva 4 xalla birinci, Lixtenşteyn isə 1 xalla sonuncudur.

Oxşar xəbərlər

UEFA Millətlər Liqası: Azərbaycan millisi ilk qələbəsini qazanıb - YENİLƏNİB-5
UEFA Millətlər Liqası: Azərbaycan - Litva matçında ikinci hissə başlayıb - YENİLƏNİR
"FIFA Series – 2026": Azərbaycan - Syerra Leone oyununda ikinci hissə başlayıb - YENİLƏNİB-3
Azərbaycan Kuboku: "Sabah" - "Zirə" oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
UEFA Millətlər Liqası: Azərbaycan millisi səfərdə Litva ilə heç-heçə edib - YENİLƏNİB-5

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər