Braziliyada prezidentin adı bəlli olmadı - Bolsonaro və Lula ikinci turda
Far.Az xəbər saytı

Braziliyada prezidentin adı bəlli olmadı - Bolsonaro və Lula ikinci turda


Braziliyada keçirilən prezident seçkilərinin ilk turunda heç bir namizəd tələb olunan səs çoxluğunu əldə edə bilməyib.

BAKU.WS xəbər verir ki, səslərin 97,36 faizinin hesablanmasının nəticələri Braziliya Ali Seçki Məhkəməsi tərəfindən açıqlanıb.

Nəticələrə əsasən, sağçı Liberal Partiyasının namizədi, senator Flavio Bolsonaro 47,42 faiz – 55 milyon 38 min 846 səs toplayaraq ilk turu lider tamamlayıb. Hazırkı prezident Luiz İnasio Lula da Silva isə 44,70 faiz – 51 milyon 886 min 308 səs əldə edib.

Seçkinin ilkin mərhələsində səslərin 64,81 faizi hesablandıqdan sonra Bolsonaro 49,58 faizlə öndə olub. Lakin səslərin hesablanması davam etdikcə onun göstəricisi 50 faizdən aşağı düşüb və ilk turda qalib müəyyənləşməyib.

Qeyd edək ki, Braziliyada prezident seçkilərinin qalibi ikinci turda bəlli olacaq. Bolsonaro və Lula da Silva prezident postu uğrunda mübarizəni davam etdirəcəklər.

İkinci turun oktyabrın 25-də keçirilməsi planlaşdırılır.

Oxşar xəbərlər

Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
Konfrans Liqası: "Neftçi" öndə olduğu matçda "Dinamo"ya uduzub - YENİLƏNİB-9
Braziliyada prezident seçkiləri ikinci tura qalıb - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər