Braziliyada prezident seçkiləri ikinci tura qalıb - YENİLƏNİB-2
Far.Az xəbər saytı

Braziliyada prezident seçkiləri ikinci tura qalıb - YENİLƏNİB-2


Braziliyada Liberal Partiyanın namizədi senator Flaviu Bolsonaru və hazırkı ölkə başçısı Luis İnasio Lula da Silva prezidentlik uğrunda seçkilərin ikinci turunda mübarizə aparacaqlar.

"Report" xəbər verir ki, müvafiq statusu protokolların 97,36 %-nin işlənməsi yekunlarına əsasən Braziliyanın Ali Seçki Məhkəməsi təsdiq edib.

Məlumata görə, senator Flaviu Bolsonaru 47,42 % (55 038 846 səs) ilə birinci yeri tutur, Lula da Silva isə 44,70 % (51 886 308 səs) səs toplayıb.

Namizədlərin heç biri 50 %-lik səs həddini keçmədiyi üçün qalib oktyabrın 25-nə təyin edilmiş səsvermənin ikinci turunda müəyyənləşəcək.

Braziliyada ümumi seçkilərdə səsvermə başa çatıb, vətəndaşlar həmçinin ölkə prezidentini də seçiblər.

"Report" xəbər verir ki, seçki məntəqələri yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə 5 oktyabr saat 00:00-da) bağlanıb.

Ölkənin Ali Seçki Məhkəməsi səslərin sayılmasına başlayır. Bununla belə, iş vaxtının başa çatdığı ana qədər növbələrin yarandığı məntəqələr, növbədə dayanan sonuncu seçici səsini verənə qədər vətəndaşları qəbul etməyə davam edir.

Seçkiqabağı sorğuların məlumatlarına əsasən, namizədlərdən heç biri, o cümlədən fəaliyyətdə olan prezident Luis İnasio Lula da Silva və onun əsas rəqibi senator Flaviu Bolsonaru səslərin mütləq əksəriyyətini (50%-dən çoxunu) toplaya bilməyəcək. Bu halda oktyabrın 25-də səsvermənin ikinci turu keçiriləcək.

Braziliyada elektron seçki qutularından istifadə edilən tam avtomatlaşdırılmış sistem sayəsində birinci turun ilkin nəticələri artıq bir neçə saatdan sonra məlum olacaq.

Braziliyada prezident seçkiləri keçirilir.

"Report" xəbər verir ki, ölkə vətəndaşları dörd il müddətinə dövlət başçısını, eləcə də ştat qubernatorlarını, Deputatlar Palatasının və Federal Senatın tərkibini, həmçinin regional qanunverici məclislərin deputatlarını seçirlər.

Seçkilərdə prezident postuna 12 namizəd iştirak edir, 158 milyondan çox braziliyalının səsvermə hüququ var.

Səsvermə saat 17:00-da (Bakı vaxtı ilə 00:00-da) başa çatacaq.

Prezident postu uğrunda əsas mübarizə hazırkı dövlət başçısı Luis İnasiu Lula da Silva və sağ qüvvələrin namizədi, senator Flaviu Bolsonaru arasında gedir. Son ictimai rəy sorğularına görə, hər iki siyasətçi 45-48% səs dəstəyi ilə bərabər səviyyədə qiymətləndirilir. Əgər icra hakimiyyəti postlarına iddiaçılardan heç biri etibarlı səslərin 50%-dən çoxunu toplaya bilməsə, oktyabrın 25-də ölkədə seçkilərin ikinci turu keçiriləcək.

Oxşar xəbərlər

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Braziliyada prezident seçkilərində səsvermə başa çatıb - YENİLƏNİB
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər