Türkiyə və Pakistan hərbçiləri Səudiyyə Ərəbistanına yerləşdiriləcək – YENİLƏNİB-2
Türkiyə və Pakistan hərbçiləri Səudiyyə Ərəbistanına yerləşdiriləcək.
"Far.Az" "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Məkkə Ortaq Müdafiə Sazişi çərçivəsində keçirilən Strateji Siyasi və Müdafiə Komitəsinin iclasından sonra birgə bəyanatda bildirilib.
"Komitə kollektiv müdafiə öhdəliklərinin icrasına dərhal başlamağı, bu çərçivədə tərəflərin milli qanunvericiliyinə uyğun razılaşdırılmış hərbi qüvvələrin və imkanların Səudiyyə Ərəbistanına sürətlə yerləşdirilməsi istiqamətində tədbirlər görməyi, bununla da təhdidlərlə mübarizəyə yönəlmiş hazırlıq vəziyyətini, hərbi inteqrasiyanı və kollektiv potensialı gücləndirməyi qərara alıb", - bəyanatda vurğulanıb.
Pakistanlı general-leytenant Nauman Mahmud Məkkə Müdafiə İttifaqının Baş katibi seçilib.
"Far.Az" "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Məkkə Ortaq Müdafiə Sazişi çərçivəsində keçirilən Strateji Siyasi və Müdafiə Komitəsinin iclasından sonra birgə bəyanatda bildirilib.
Tərəflər Məkkə və Mədinəni hədəf almağa yönəlmiş cəhdi və Səudiyyə Ərəbistanındakı şəhərlər, mülki və iqtisadi obyektlərə hücumları ən sərt ifadələrlə qınayıblar.
Bəyanatda Səudiyyə Ərəbistanına yönəlmiş hücumlara qarşı ölkənin təhlükəsizliyi və ərazi bütövlüyünü qoruyarkən silahlı qüvvələrin nümayiş etdirdikləri peşəkarlıq qabardılıb.
Pakistan, Səudiyyə Ərəbistanı ilə Türkiyə Məkkə sazişi çərçivəsində müdafiəyə qəti sadiqdir və təhdidlərlə mübarizədə vahid mövqedən çıxış edəcək.
"Far.Az" xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin (XİN) Məkkə sazişi çərçivəsində ortaq müdafiə məqsədilə yaradılan Strateji Siyasi və Müdafiə Komitəsinin Ər-Riyadda keçirilən növbəti iclasının yekunlarına dair "X" sosial şəbəkə hesabında yaydığı bəyanatda deyilir.
"Komitə kollektiv müdafiə öhdəliklərinin dərhal praktiki icrasına keçməyə və zəruri tədbirlər görməyə qərar verib", - Pakistan XİN-dən bildirilib.
Hər bir tərəfin təhlükəsizliyinin üç ölkənin kollektiv təhlükəsizliyinin ayrılmaz hissəsi olduğu təsdiqlənib. İclasın Səudiyyə Ərəbistanı Krallığının üzləşdiyi təhlükəsizlik prosesləri (husilərin hücumları) və təhdidləri həll etmək məqsədilə keçirildiyi vurğulanıb:
"Tərəflər həmçinin Məkkə və Mədinəni hədəf alma cəhdini, eləcə də Krallıqdakı şəhərlər, mülki və iqtisadi obyektlərə davamlı hücumları ən kəskin şəkildə qınayaraq, Krallığın təhlükəsizliyinə və ərazi bütövlüyünə qarşı hər hansı hücumu və ya təhdidi birmənalı şəkildə rədd etdiklərini bir daha təsdiqləyiblər".
🔊PR No.2️⃣7️⃣5️⃣/2️⃣0️⃣2️⃣6️⃣ Joint Statement: Emergency Meeting of the Strategic Political and Defense Committee of the Makkah Alliance for Defence, Riyadh -5 October, 2026 🔗⬇️ https://t.co/ynFYzqILzc
— Ministry of Foreign Affairs - Pakistan (@ForeignOfficePk) October 5, 2026
Oxşar xəbərlər
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
Global Media Group BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Albaniyada 127 gündür, etirazlar davam edir
-
Jezuş Ronaldonu Portuqaliya millisinə qaytarmağa hazır olduğunu bildirib
-
UEFA Millətlər Liqasında IV turun növbəti oyunları keçirilib
-
Braziliyada prezident seçkilərində səsvermə başa çatıb - YENİLƏNİB
-
Merve Özbey səhnədən yıxıldı - Qolu sındı
-
Pensiya və təqaüdlərin ödəniləcəyi tarix açıqlandı













