Xarici media nümayəndələri Astanadakı Nur-Sultan məscidini ziyarət ediblər
Far.Az xəbər saytı

Xarici media nümayəndələri Astanadakı Nur-Sultan məscidini ziyarət ediblər


Xarici media nümayəndələri mediatur çərçivəsində Astanadakı Nur-Sultan məscidini ziyarət ediblər.

"Report"un Astanaya ezam olunmuş əməkdaşı xəbər verir ki, mediatur iştirakçılarına məscidin inşasa tarixi və onun memarlıq xüsusiyyətləri barədə məlumat verilib.

Məscidin tikintisi ilə bağlı əsas təşəbbüs Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevə məxsus olub və o, məhz onun şərəfinə adlandırılıb.

Tikinti işləri 2019-cu ildə başlayıb və 2022-ci ildə başa çatıb. İşlərdə 40 ölkədən 7 300 nəfər və 350 şirkət iştirak edib.

Məscidin əsas günbəzinin hündürlüyü 83,2 metr, diametri isə 62 metrdir. O, dünyanın ən böyük günbəzi kimi Ginnesin Rekordlar Kitabına daxil edilib.

Günbəzin altında çəkisi 22 ton, diametri isə 27 metr olan çilçıraq yerləşir. Digər dörd çilçıraqla birlikdə o, 3,5 milyon "Swarovski" kristalı ilə bəzədilib.

Məscidin interyerində qazax milli ornamentlərindən və xəttatlıq yazılarından istifadə olunub. Qiblə divarı 25 milyona yaxın murano şüşəsi elementindən ibarət mozaika ilə bəzədilib.

Məscid təxminən 235 min nəfər üçün nəzərdə tutulub. Məscid Mərkəzi Asiyanın ən böyük məscidlərindən biridir.

Oxşar xəbərlər

Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
Türkiyə, Gürcüstan və İraqın azərbaycanlı din xadimləri Bibiheybət məscidini ziyarət edib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Dövlət Gömrük Komitəsi media nümayəndələri üçün mediatur təşkil edib
Azərbaycanlı stolüstü tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər