COP29-da müstəmləkə ərazilərində yerli xalqların hüquqlarının pozulması əleyhinə etiraz aksiyası keçirilib
COP29 çərçivəsində müstəmləkə ərazilərinin nümayəndələri tərəfindən yerli xalqların hüquqlarının kütləvi pozulması əleyhinə Mavi Zonada etiraz aksiyası keçirilib.
"Report" xəbər verir ki, aksiyada müstəmləkə güclərinin istismar siyasətinin və onun ağır nəticələrinin, xüsusilə ətraf mühitə və yerli xalqların sağlamlığına vurduğu ziyanın aradan qaldırılması tələb olunub.
Yerli xalqların nümayəndələri kolonial dövlətlər tərəfindən dənizaşırı ərazilərdə insan hüquqlarının kobud şəkildə pozulması və bu müstəmləkələrdə keçirilən nüvə sınaqlarınının yerli xalqlara vurduğu ağır ziyanı qınayıblar. Aksiya dənizaşırı ərazilərin sakinləri tərəfindən səslərini beynəlxalq ictimaiyyətə çatdırmaq məqsədilə təşkil edilib.
Nümayəndələr bu ərazilərdə müstəmləkə güclərinin zərərli fəaliyyətlərindən yaranan problemlərin həlli ilə bağlı konkret tələbləri öz şüarlarında əks etdiriblər. Şüarlarda “Dənizaşırı ərazilərdə insan hüquqlarının pozulmasını dayandırın”, “Zərərçəkən əhaliyə kompensasiya ödənilsin”, “Ətraf mühitə vurulan ziyan bərpa edilsin”, “Yerli xalqların səsini eşidin” və “Dənizaşırı ərazilərdə nüvə sınaqlarının təsirləri insanları öldürür” kimi tələblər yer alıb.
Aksiya iştirakçıları müstəmləkəçiliyin müasir dövrdəki təsirlərinin ciddi şəkildə araşdırılmasını və beynəlxalq birliyin bu məsələdə ciddi addımlar atmasının vacibliyini vurğulayıblar. Onlar həmçinin müstəmləkəçilik dövründən sonra da davam edən istismar və hüquq pozuntularına qarşı təcili tədbirlər görməyin vacibliyini bəyan ediblər.
İştirakçılar müstəmləkəçilik əleyhinə daha geniş beynəlxalq həmrəyliyin qurulması və yerli xalqların haqlarının təmin olunması üçün daha güclü siyasi və hüquqi addımlar atılması ilə bağlı çağırış ediblər.
Xatırladaq ki, bu, COP29 çərçivəsində Mavi Zonada Azərbaycan təşkilatı tərəfindən həyata keçirilən ilk aksiyadır.
Foto: Samirə Həsənova
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Müstəmləkəçi Norveç - “Etalon” dövlət yerli xalqların hüquqlarını necə pozur - ŞƏRH
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
BMT rəsmisi: COP29-un Azərbaycanda təhlükəsiz şəraitdə keçiriləcəyinə tam əminəm - MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb
-
Dünya çempionatında uğurla çıxış edən yunan-Roma güləşçilərimiz Vətənə dönüblər
-
Sandra Kulibali Lerua: Süni intellekt əmək bazarında gender bərabərsizliyini artıra bilər
-
TÜRKPA Baş katibi TDT Ağsaqqallar Şurasının sədri Binali Yıldırım ilə görüşüb
-
ABŞ-ın İrana qarşı hərbi əməliyyatının xərcləri 47,1 milyard dollara çatıb
-
Liqa Kuboku: "Arsenal" dördüncü divizion klubuna uduzaraq mübarizəni dayandırıb













