Hidayət Heydərov dünya çempionatına qələbə ilə başlayıb
Far.Az xəbər saytı

Hidayət Heydərov dünya çempionatına qələbə ilə başlayıb


Azərbaycan cüdoçusu Hidayət Heydərov Bakıda keçirilən dünya çempionatına qələbə ilə start verib.

Far.Az "Report"-a istinadən xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən idmançı 1/32 finalda Kosovodan olan Akil Qyakova ilə üz-üzə gəlib.

Rəqibini məğlub edən H.Heydərov növbəti mərhələyə vəsiqə qazanıb.

Bu gün Xədicə Qədəşova (57 kq) və Rəşid Məmmədəliyev (73 kq) də tatamiyə çıxacaq.

Qeyd edək ki, mundial oktyabrın 11-də başa çatacaq. Yarışın ilk günündə Azərbaycan millisinin üzvü Əhməd Yusifov (60 kq) qızıl medal qazanıb. Bu, Azərbaycan cüdo tarixində böyüklər arasında dünya çempionatlarında qazanılan dördüncü qızıl medal, 60 kq çəki dərəcəsində isə ilk dünya çempionluğudur.

***09:21

Azərbaycanın daha üç cüdoçusu Bakıda keçirilən dünya çempionatında bu gün mübarizəyə başlayacaq.

Far.Az xəbər verir ki, yarışın üçüncü günündə Xədicə Qədəşova (57 kq), Hidayət Heydərov və Rəşid Məmmədəliyev (hər ikisi 73 kq) tatamiyə çıxacaq.

X.Qədəşova 1/32 finalda Qırğızıstan təmsilçisi Janar Joldoşeva ilə üz-üzə gələcək. H.Heydərov eyni raundda Kosovodan olan Akil Qyakovanın müqavimətini qırmağa çalışacaq.

R.Məmmədəliyev 1/16 finalda Adil Osmanov (Moldova) – Castin Lemir (Kanada) görüşünün qalibi ilə münasibətlərə aydınlıq gətirəcək.

Təsnifat mərhələsi saat 10:30-da, medal görüşlərini əhatə edən final bloku isə 18:00-da başlayacaq.

Qeyd edək ki, mundial oktyabrın 11-də başa çatacaq. Yarışın ilk günündə Azərbaycan millisinin üzvü Əhməd Yusifov (60 kq) qızıl medal qazanıb. Bu, Azərbaycan cüdo tarixində böyüklər arasında dünya çempionatlarında qazanılan dördüncü qızıl medal, 60 kq çəki dərəcəsində isə ilk dünya çempionluğudur.

Oxşar xəbərlər

Azərbaycan cüdoçusu Əhməd Yusifov Bakıda dünya çempionu olub - YENİLƏNİB-4
Əhməd Yusifov dünya çempionatında finala vəsiqə qazanıb - YENİLƏNİB-3
Hidayət Heydərov Avropa çempionatının gümüş medalını qazanıb - YENİLƏNİB-4
Avropa çempionatı: Şəfəq Həmidova bürünc medal uğrunda görüşdə uduzub - YENİLƏNİB-12
Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər