Xarici jurnalistlər Astanada "Bayterek" monumentini ziyarət ediblər
Xarici jurnalistlər press-tur çərçivəsində Astanada "Bayterek" monumentini ziyarət ediblər.
"Far.Az"un Astanaya ezam olunmuş əməkdaşı xəbər verir ki, mediatur iştirakçılarına monumentin tarixi, onun simvolik əhəmiyyəti, həmçinin Qazaxıstan paytaxtının inkişafı barədə məlumat verilib.
"Bayterek" üç dünyanı - yeraltı, yer üstü və səmavi dünyaları birləşdirən həyat ağacını simvolizə edir. Monumentin açılışı 2002-ci ildə olub.
Qurğunun hündürlüyü 105 metrdir.
Monumentin zirvəsində diametri 22 metr və çəkisi 300 ton olan, işıqlanmadan asılı olaraq rəngini dəyişən şüşədən hazırlanmış sfera yerləşir.
"Bayterek"in yuxarı səviyyəsindən Astananın panoramik mənzərəsi açılır.
Xarici media nümayəndələrinə həmçinin son onilliklərdə memarlıq simasını əhəmiyyətli dərəcədə dəyişmiş paytaxtın inkişafı barədə məlumat verilib.
Oxşar xəbərlər
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
Bakıda Zəfər muzeyinin açılışı olub
"AzerGold" QSC jurnalistlər üçün növbəti təlim və mediatur təşkil edib
Dövlət Gömrük Komitəsi media nümayəndələri üçün mediatur təşkil edib
Tullantı sutəmizləyici qurğunun tikinti ərazisinə mediatur təşkil olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - YENİLƏNİB
-
"Boeing" və "Lockheed Martin" şirkətləri 14,7 mlrd dollarlıq müqavilə imzalayıblar
-
Zelenski: Ukraynalı pilotlar Fransanın "Rafale" təyyarələrində təlimlərə başlayacaqlar
-
Taliban: Əfqanıstanda sülh bərqərar olub, ölkə dünya ticarətinin tranzit mərkəzinə çevrilə bilər
-
Masallıda güləş üzrə Lənkəran-Astara regionunun açıq turniri keçirilib
-
Fransada anomal istilərin vurduğu ziyan 16 milyard avro qiymətləndirilir













