Tullantı sutəmizləyici qurğunun tikinti ərazisinə mediatur təşkil olunub
Far.Az xəbər saytı

Tullantı sutəmizləyici qurğunun tikinti ərazisinə mediatur təşkil olunub


Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti və Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti Müşfiqabad hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sular üçün sutəmizləyici qurğunun tikinti ərazisinə mediatur təşkil edib.

BAKU.WS xəbər verir ki, layihə Azərbaycan Prezidentinin imzaladığı Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı çərçivəsində həyata keçirilir.

Media nümayəndələri Müşfiqabad hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun, şaxtaların, tullantı sular üçün sutəmizləyici qurğunun tikinti prosesi ilə yaxından tanış olub və mütəxəssislər onlara ətraflı məlumat veriblər.

Bildirilib ki, ümumi uzunluğu 18.9 kilometr olan Müşfiqabad hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun 15.2 kilometr hissəsi mikrotunel tipli, 3.7 kilometr hissəsi isə kanalizasiya kollektorudur. Bundan əlavə inşa olunacaq 22 şaxtanın 7-də artıq işlərə başlanılıb. Tikintisi həyata keçirilən tullantı sutəmizləyici qurğunun gündəlik məhsuldarlığı 75 min kubmetrdir.

Oxşar xəbərlər

İlham Əliyevin sədrliyi ilə Bakı və Abşeronda su təchizatına dair Dövlət Proqramına həsr olunan müşavirə keçirilib - YENİLƏNİB
Bakıda yeni kanalizasiya kollektorları və sutəmizləyici qurğularının tikintisinə başlanıb
Müşviqabad hövzəsində sutəmizləyici qurğu tikilir
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər