Bakı "PostEurop" Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək
Far.Az xəbər saytı

Bakı "PostEurop" Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək


7–8 oktyabr 2026-cı il tarixlərində Bakıda "PostEurop" Baş Assambleyası və Biznes Forumu keçiriləcək. Beynəlxalq tədbirə "AZCON Holding" şirkətlərindən olan "Azərpoçt" MMC ev sahibliyi edəcək.

Tədbir Avropanın poçt operatorlarını, beynəlxalq təşkilatların nümayəndələrini və sektor rəhbərlərini bir araya gətirəcək. İkigünlük proqram çərçivəsində poçt sektorunun strateji inkişaf istiqamətləri, dəyişən bazar şərtlərinə uyğunlaşma, transsərhəd əməliyyatlara təsir edən gömrük və tarif dəyişiklikləri, eləcə də daha əlçatan və inklüziv poçt xidmətlərinin inkişafı müzakirə olunacaq.

Proqramın ilk günü "PostEurop" Baş Assambleyasının nizamnamə məsələlərinə, təşkilatın strategiyasının icrasına və qarşıdakı dövr üzrə fəaliyyət istiqamətlərinə həsr ediləcək. İkinci gün keçiriləcək Biznes Forumda isə Avropa poçt sektorunun aktual çağırışları, əməliyyat dayanıqlılığı və yeni yanaşmalar diqqət mərkəzində olacaq.

Baş Assambleya çərçivəsində "EUROPA" poçt markalarının 70 illiyinə həsr olunan xüsusi sərginin təşkili də nəzərdə tutulur. Bundan başqa, tədbir zamanı "PostEurop" Baş Assambleyasının Bakıda keçirilməsinə həsr olunmuş poçt markasının xüsusi möhürlənmə mərasimi keçiriləcək.

Bakının bu tədbirə ev sahibliyi etməsi Azərbaycanın beynəlxalq poçt əməkdaşlığındakı iştirakını və "Azərpoçt"un Avropa poçt ictimaiyyəti ilə əlaqələrinin inkişafını nümayiş etdirir.

Oxşar xəbərlər

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir" – MÜSAHİBƏ
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir"
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər