Tramp demokratları onun çıxışlarında etirazların təşkilində günahlandırıb
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, onun tərəfdarları qarşısında çıxışlarını yarımçıq kəsən etirazçılara bu cür aksiyalarda iştiraka görə pul ödəyirlər.
"Report" xəbər verir ki, bu barədə Amerika lideri Texas ştatında nümayişçilər tərəfindən dəfələrlə yarımçıq kəsilən çıxışı zamanı bildirib.
"Mən sizə deyirəm, onlara buna görə pul ödəyirlər", - mühafizəçilər etirazçılardan birini zaldan çıxardıqdan sonra Tramp deyib.
Növbəti 15 dəqiqə ərzində prezidentin çıxışı daha beş dəfə yarıda kəsilib.
"Əgər etirazçılardan daha kimsə varsa, lütfən, əlini qaldırsın və cəhənnəm olsun buradan", - o, toplaşanlara müraciət edib.
Tramp bu cür aksiyaların təşkilində Demokratik Partiyanı günahlandırıb, lakin öz iddialarına dair sübut təqdim etməyib.
Prezident həmçinin demokratların fəaliyyətini tənqid edərək onların hakimiyyətə gəlməsinin cinayətkarlığın artmasına və şəhərlərdə vəziyyətin pisləşməsinə gətirib çıxardığını bildirib.
Onun sözlərinə görə, əgər ştatın idarəçiliyi demokratlara keçərsə, Texası ciddi tənəzzül gözləyir.
Oxşar xəbərlər
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
Leyla Əliyeva Mingəçevirdə ekoloji aksiyalarda iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
QMİ sədri: Süni intellekt insanı ibadətdə əvəz etməməlidir
-
Bakının bu yollarında hərəkət məhdudlaşdırılacaq
-
Şamil Ayrım: Türkiyəyə qarşı soyqırım iddiasının obyektiv araşdırılması üçün arxivlərin açılması zəruridir
-
Messi Argentina millisinin DÇ-2026 finalında məğlubiyyətinin səbəbini açıqladı
-
İlham Əliyev itkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət edib
-
Messi Argentina millisində son oyununu keçirdi













