Qırğızıstan Prezidenti Mərkəzi Asiya və Azərbaycanın birgə turizm marşrutlarının yaradılmasını təklif edib
Far.Az xəbər saytı

Qırğızıstan Prezidenti Mərkəzi Asiya və Azərbaycanın birgə turizm marşrutlarının yaradılmasını təklif edib


Qırğızıstan Prezidenti Sadır Japarov Mərkəzi Asiya ölkələri və Azərbaycanın birgə turizm marşrutlarının inkişaf etdirilməsi təşəbbüsü ilə çıxış edib.

"Far.Az"un Türkmənistana ezam olunmuş müxbirinin məlumatına görə, bunu Prezident Türkmənbaşı şəhərində Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündəki çıxışı zamanı bəyan edib.

Onun sözlərinə görə, marşrutları "bir səyahət - bir neçə ölkə" prinsipi ilə yaratmaq məqsədəuyğundur, həmçinin vahid turizm vizasının tətbiqi mexanizmini işləyib hazırlamaq lazımdır.

S.Japarov qeyd edib ki, ortaq turizm məkanının formalaşdırılması regionun xalqlarının yaxınlaşması üçün əhəmiyyətli imkanlar açır. Onun sözlərinə görə, Mərkəzi Asiya ölkələri və Azərbaycan bir-birini tamamlayan turizm potensialına malikdir.

"Tarixi şəhərlər, dağ və Xəzəryanı marşrutlar, zəngin mədəni irs Mərkəzi Asiya və Azərbaycanın cəlbedici səyahət istiqaməti kimi tanıdılması üçün səylərin birləşdirilməsinə imkan verir", - Qırğızıstan Prezidenti vurğulayıb.

O, həmçinin Qırğızıstanın vahid turizm vizasının tətbiqi təşəbbüsünə bundan sonra da dəstək verilməsinə ümid ifadə edib. "Xarici siyasət idarələrimizə onun həyata keçirilməsinin konkret mexanizmlərini işləyib hazırlamağı tapşırmağı təklif edirik", - S.Japarov bildirib.

Oxşar xəbərlər

İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında çıxış edib
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair müşavirə keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər