"Neftçi"nin basketbolçusu Şakeyl Prays: "FIBA Avropa Kubokunda mərhələ adlamaq üçün yaxşı şans var"
FIBA Avropa Kubokunun H qrupunun I turunda Yunanıstanın "Mikonos" kollektivinə 58:78 hesabı ilə uduzan "Neftçi" növbəti mərhələyə yüksəlmək şansını saxlayır.
Bunu "Report"a açıqlamasında komandanın üzvü Şakeyl Prays deyib.
O, matçın ilk yarısında yaxşı mübarizə apardıqlarını bildirib:
"Birinci hissədə yaxşı mübarizə apardığımızı, topu yaxşı paylaşdığımızı və müdafiədə inamlı oynadığımızı düşünürəm. İkinci hissədə rəqib daha aqressiv çıxış etdi. Xüsusilə üçüncü periodda cavab verməkdə çətinlik çəkdik. Yekun hesabın matçın tam mənzərəsini əks etdirdiyini düşünmürəm. İlk iki hissədə rəqabətədavamlı idik, lakin uduzduğumuz üçüncü period rəqibə böyük üstünlük qazanmaq imkanı verdi".
Ş.Prays oyunun səfərdə keçirilməsinin və azarkeş təzyiqinin nəticəyə təsir etmədiyini vurğulayıb:
"Səfərdə oynamaq hər zaman çətindir, lakin bu həm də mübarizə aparmaq üçün maraqlı mühit idi. Ab-havanın məğlubiyyətə səbəb olduğunu düşünmürəm. Harada oynamağımızdan asılı olmayaraq, diqqətli olmalı və tapşırıqları yerinə yetirməliyik. Əlbəttə, nəticədən məyusuq, lakin nikbinliyimizi qoruyuruq. Çatmaq istədiyimiz komanda səviyyəsinə doğru irəliləməyə davam edirik. Bu bir prosesdir və biz hər oyundan dərs almağa, inkişaf etməyə və birlikdə irəliyə doğru addımlamağa diqqət yetiririk".
Kanadalı 25 yaşlı basketbolçu komandanın potensialına inandığını qeyd edib:
"Komandamıza inanıram. Mübarizə aparmaq iqtidarında olduğumuzu göstərdik. Lakin 40 dəqiqənin hamısını eyni səviyyədə keçirməliyik. Birlikdə qalsaq, müdafiəni təkmilləşdirsək və hücumda dəqiq oynasaq, mərhələ adlamaq üçün yaxşı şansımızın olacağına inanıram".
Qeyd edək ki, H qrupunda "Oradya" (Rumıniya), "Fribur Olimpik" (İsveçrə), VEF (Latviya) və "Lokomotiv" (Plovdiv, Bolqarıstan) komandaları da yer alıb.
Oxşar xəbərlər
WUF13-ün beşinci günündən maraqlı anlar - FOTOREPORTAJ
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
"Sabah" Azərbaycan Kubokunun 2025/2026 mövsümünün qalibi olub - YENİLƏNİB-6
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıdakı hərbi paraddan maraqlı FOTOLAR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı–Qazax avtomobil yolunda qəza olub, 3 nəfər ölüb
-
Bakı və Abşeronun bir hissəsinə 3 gündür su niyə gəlmir?
-
Binəqədidə təmirə görə iki avtobusun marşrutu dəyişdirildi
-
İranda polis idarəsinə silahlı hücum olub, ölən və yaralananlar var
-
Nazir: Əmlakın qiymətləndirilməsi üçün süni intellekt əsasında fəaliyyət göstərən yeni bir alət istifadəyə verilib
-
Dünya futbolunun əfsanəsi Lotar Matteus: "Bakıdakı dünya çempionatına gəlmək mənim üçün xoşdur"













