Parisdə ikinci olan Sabir Zeynalov: "Hədəfim dünya çempionatında qızıl medal qazanmaqdır"
Fransanın paytaxtı Parisdə keçirilən Qran-pri turnirində gümüş medala sahib çıxan Azərbaycan parataekvondoçusu Sabir Zeynalovun əsas hədəfi dünya çempionatında qızıl mükafat qazanmaqdır.
Paralimpiyaçı bu barədə "Report"a açıqlama verib.
58 kq çəki dərəcəsində ikinci yeri tutan idmançı yarışla bağlı təəssüratlarını bölüşüb:
"Qarşıda daha iki böyük yarışımız olacaq. Dünya çempionatı və Qran-pridə çıxış edəcəyəm. Hər iki turnirdə qızıl medal qazanmaq əsas məqsədimdir. Parisdəki səhvləri həmin yarışlarda təkrarlamamağa çalışacağam".
S.Zeynalov Qran-pri seriyasının çətin olduğunu söyləyib:
"Parisdəki turnirin də səviyyəsi yaxşı idi. Fransaya qızıl medal üçün gəlmişdim. Amma gümüş mükafatla kifayətlənməli oldum. Yarışda birinci yeri tutmaq istəyirdim. Amma təəssüf ki, alınmadı".
Oxşar xəbərlər
HONOR 600 Seriyasının Azərbaycanda möhtəşəm təqdimatı keçirildi
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
"Formula 1"in Bakıda 10 ili: Azərbaycan Qran-prisinin şəhərə, turizmə və biznesə təsiri
Azərbaycanın üç boksçusu finala yüksəlib, biri bürünc medala sahib olub
Azərbaycanın pilotları çətin döyüş manevrləri üzrə tapşırıqlar yerinə yetiriblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sumqayıtda dənizdə batan 82 yaşlı kişinin meyiti tapılıb
-
Beynəlxalq səyyahların Şuşaya səfəri başlayıb
-
Cəbrayılda 26 yaşlı kişi mina partlayışında yaralanıb
-
Abşeronda hüquqpozmalara qarşı növbəti profilaktik tədbirlər keçirilib - 23 motoxuliqan saxlanılıb
-
Şəmkirdə bazarda ciddi nöqsanlar aşkarlanıb – fəaliyyəti nəzarətə götürüldü
-
TƏBİB: Cəbrayılda minaya düşən şəxsin vəziyyəti ağırdır - YENİLƏNİB













