Ağdam Şəhəri Günü münasibətilə Qarabağ atlarının yürüşü keçirilib
Far.Az xəbər saytı

Ağdam Şəhəri Günü münasibətilə Qarabağ atlarının yürüşü keçirilib


Ağdamda Şəhər Günü münasibətilə silsilə ictimai-mədəni tədbirlər təşkil olunub.

Far.Az report-a istinadən xəbər verir ki, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazilər, rayon sakinləri, qonaqlar, eləcə də aidiyyəti qurumların əməkdaşlarının qatıldığı silsilə tədbirlər Qarabağ atlarının şəhər küçələrindən İmarət Kompleksinə doğru yürüşü ilə başlayıb.

Gün ərzində İmarət Kompleksində təşkil olunacaq yarmarkada yerli istehsalçılar və sahibkarlar tərəfindən müxtəlif məhsullar təqdim ediləcək. Tədbirin əsas məqsədi Ağdamın işğaldan azad olunmasını ehtiva edən Zəfər tarixinin yaşadılması, milli-mənəvi dəyərlərin təbliğidir.

Qeyd edək ki, 20 noyabr – Ağdam Şəhəri Gününə həsr olunan tədbirlər Ağdam şəhərində Prezidentin xüsusi nümayəndəliyinin, Mədəniyyət Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Qarabağ Dirçəliş Fondu, Atçılıq Federasiyası və Dövlət Turizm Agentliyinin birgə təşkilatçılığı ilə keçirilir.

Oxşar xəbərlər

Polis Günündə də post başında – Bakının küçələrindən diqqətçəkən FOTOLAR
Buxarestdə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
İlham Əliyev Zəngilanda ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər