ABİF: Fermerlərin reytinqi əsasında onlara qarşı girov tələbi yumşala bilər
Far.Az xəbər saytı

ABİF: Fermerlərin reytinqi əsasında onlara qarşı girov tələbi yumşala bilər


Azərbaycanda fermerlərin reytinqi əsasında onlara qarşı girov tələbi yumşala bilər.

"Far.Az" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinə məxsus "Azərbaycan Biznesinin İnkişafı Fondu" ASC-nin (ABİF) İdarə Heyəti sədrinin müavini Murad Abdullayev Bakıda keçirilən III Beynlxalq Aqro Biznes Forumunda bildirib.

"Bankların risk iştahası nəzərə alınmalıdır. Məsələn, bəlli şərtləri hər iki tərəf ödəyəndən sonra daşınar əmlakların girov kimi götürülməsini təmin etmək olar. Kənd Təsərrüfatı Nazirliyinin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi var və bu yaxınlarda fermerlərin reytinqini müəyyən edəcək. Bəlkə də artıq banklarla bu sahədə danışıqlara başlanılıb. Gələcəkdə fermerlərin reytinqini banklara təqdim edib, təbii ki, kənd təsərrüfatı istehsalçılarının razılığı ilə, onlara qarşı girov tələbini bir qədər yüngülləşdirmək olar".

Fond rəsmisinin sözlərinə görə, dövlət kifayət qədər resurslar təmin edir, ancaq sadəcə olaraq hansı resursu nə zaman tətbiq etmək və hansı qurumdan əldə etmək məsələsi gündəmdədir: "Burada geniş maarifləndirməyə ehtiyac var. Biz fond olaraq və tərəfdaş qurumlarla hər zaman bütün bu biznes tədbirlərinə hazırıq ki, sahibkarlara verilən bu alətləri xırdalıqlarına qədər onlara çatdıraq".

Oxşar xəbərlər

Prezident İlham Əliyev Şamaxıda "Şirvan Aqro" heyvandarlıq kompleksinin açılışında iştirak edib
Xalq artisti Hacı Murad Yegizarov II Fəxri xiyabanda dəfn olunub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin binasının açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər