Prezident: Xəzərin dayazlaşması həm də çay axınının azalması ilə bağlıdır
Aydındır ki, Xəzərin səviyyəsinin aşağı düşməsi təkcə iqlim dəyişiklikləri ilə bağlı deyil. Əsas səbəblərdən biri çay axınının azalması və təsərrüfat fəaliyyəti ilə əlaqədar olan antropogen amillərdir.
"Far.Az"un Türkmənistana ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Prezident İlham Əliyev Türkmənbaşıda keçirilən Xəzər Ekoloji Sammitində çıxışı zamanı bildirib.
Bununla yanaşı, dövlət başçısı baş verən dəyişikliklərin mümkün uzunmüddətli nəticələrini qiymətləndirməyin və artıq bu gün qərarlar qəbul edilərkən onları nəzərə almağın zəruriliyini qeyd edib.
Dövlət başçısı vurğulayıb ki, bu cür yanaşma vaxtında zəruri tədbirlər görməyə və dəniz səviyyəsinin daha da aşağı düşməsinin fəsadlarını minimuma endirməyə imkan verəcək.
"Hesab edirik ki, zəruri hüquqi baza, elmi potensial və qarşılıqlı fəaliyyət təcrübəsi konkret praktiki nəticələrə nail olmaq üçün yaxşı əsas yaradır", - Azərbaycan Prezidenti söyləyib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Cəbrayılda 26 yaşlı kişi mina partlayışında yaralanıb
-
Abşeronda hüquqpozmalara qarşı növbəti profilaktik tədbirlər keçirilib - 23 motoxuliqan saxlanılıb
-
Şəmkirdə bazarda ciddi nöqsanlar aşkarlanıb – fəaliyyəti nəzarətə götürüldü
-
TƏBİB: Cəbrayılda minaya düşən şəxsin vəziyyəti ağırdır - YENİLƏNİB
-
"İmişli" klubu məşqçisi və şef-skautu ilə yollarını ayırıb
-
TƏBİB: Cəbrayılda minaya düşən şəxsin vəziyyəti ağırdır













