Bərdədə xəstənin əməliyyat nəticəsində ölməsində təqsirli bilinən həkimə hökm oxunub
Bərdədə doğuşdan üç gün sonra aparılan cərrahiyyə əməliyyatının nəticəsində vəfat edən qadının ölümündə təqsirləndirilən rayon Mərkəzi Xəstəxanasının ümumi cərrahı Zaur Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Bərdə Rayon Məhkəməsində hakim Ziya Abdullayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən həkim 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Qeyd edək ki, hadisə 2023-cü ildə Bərdə rayonunda baş verib. 1999-cu il təvəllüdlü Nəsibə Əlizadə Bərdə Rayon Mərkəzi Xəstəxanasının (RMX) doğum şöbəsində uşaq dünyaya gətirib. Evə buraxılan qadının səhhəti pisləşib və o, yenidən xəstəxanaya müraciət edib. Müayinələrdən sonra əməliyyata götürülən N.Əlizədənin əməliyyatdan sonra vəziyyəti ağırlaşıb və onun həyatını xilas etmək mümkün olmayıb.
Ölüm faktı ilə bağlı cinayət işi başlanıb. Həkimə Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq - eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmə istintaqı zamanı isə bu, Cinayət Məcəlləsinin 142.4-cü (tibbi xidmətin göstərilməsi qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif edilib.
Məlumata görə, Z.Əliyev bundan əvvəl Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə təqsirli bilinib, qazancının 20 faizi dövlət nəfinə tutulmaqla bir il müddətinə islah işləri cəzasına məhkum edilib, məhkumluğu ödənilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair müşavirə keçirilib
Ermənistan vətəndaşlarının məhkəməsində prokurorların təklifləri səsləndirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
TƏBİB: Cəbrayılda minaya düşən şəxsin vəziyyəti ağırdır - YENİLƏNİB
-
TƏBİB: Cəbrayılda minaya düşən şəxsin vəziyyəti ağırdır
-
"İmişli" klubu məşqçisi və şef-skautu ilə yollarını ayırıb
-
Bu gün Cəbrayılda minaya düşən şəxsin atası da mina partlayışı zamanı yaralanıb
-
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib
-
Türkiyə və Suriya rəsmiləri ikitərəfli əməkdaşlığı və regional sabitliyi müzakirə ediblər













