Tramp administrasiyasından Beynəlxalq Cinayət Məhkəməsinə yeni sanksiyalar
ABŞ Prezidenti Donald Trampın administrasiyası Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) qarşı sanksiyalar tətbiq edib.
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu qərar Vaşinqtonla Avropadakı müttəfiqləri arasında diplomatik gərginliyi artırıb.
Materialda qeyd olunur ki, qərar məhkəmənin keçmiş hakimlərindən birinin Nobel Sülh Mükafatına layiq görülməsindən bir neçə saat sonra elan olunub.
BCM sanksiyaları pisləyərək onların məhkəmənin fəaliyyətini dayandırmayacağını bildirib.
Tramp administrasiyası uzun müddətdir məhkəməyə qarşı sərt mövqe tutur və daha əvvəl onun prokurorlarına və hakimlərinə sanksiyalar tətbiq edib. Son qərar isə daha geniş əhatəlidir: məhkəməyə xidmət göstərən şirkətlər də cəzalandırıla bilər.
ABŞ dövlət katibi Marko Rubio bəyan edib ki, Tramp amerikalıların Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən mühakimə olunmasına heç vaxt imkan verməyəcək.
"Biz bu qanunsuz məhkəmə ilə əməliyyatları qadağan edəcək, onun resurslarını kəsəcək və fəaliyyət imkanlarını iflic edəcəyik", - deyə Rubio bildirib.
2002-ci ildə yaradılan Beynəlxalq Cinayət Məhkəməsi hərbi cinayətlərə, insanlıq əleyhinə cinayətlərə və soyqırımına görə şəxsləri mühakimə etmək səlahiyyətinə malikdir. Məhkəmənin üzvü olan 125 ölkə arasında bütün Avropa İttifaqı dövlətləri və NATO üzvləri də var. Məhkəmənin qərargahı Niderlandda yerləşir.
Qeyd edək ki, bu gün Nobel Sülh Mükafatına layiq görülən Cənubi Afrika hüquqşünası Navi Pillay 2003-2008-ci illərdə BCM-nin Apellyasiya Palatasının hakimi olub.
Rubio sanksiyaların ABŞ-nin narahatlıqlarını aradan qaldırmaq üçün məhkəməyə və üzv dövlətlərə imkan verəcək şəkildə hazırlandığını deyib. ABŞ Dövlət Departamentinin yüksəkvəzifəli rəsmisi isə Maliyyə Nazirliyinin Amerika maraqlarını qorumaq üçün müəyyən lisenziyalar verəcəyini bildirib. Bunun bəzi sanksiyalardan müvəqqəti istisnalar nəzərdə tutduğu ehtimal edilir.
ABŞ-nin sanksiyaları, adətən, ölkədə fəaliyyət göstərən şirkətlərin sanksiya tətbiq edilən qurumla əməkdaşlığını qadağan edir. Bu, bankların hesabları bağlamasına, sığorta şirkətlərinin təminatı dayandırmasına və proqram təminatı şirkətlərinin əməkdaşlığı kəsməsinə səbəb ola bilər.
Oxşar xəbərlər
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib
-
Bərdədə xəstənin əməliyyat nəticəsində ölməsində təqsirli bilinən həkimə hökm oxunub
-
Premyer Liqa: VII turun açılış oyununda "Kəpəz" "Araz-Naxçıvan"ı məğlub edib
-
Tokayev: Azərbaycanın Xəzər dənizinin dayazlaşması ilə bağlı təşəbbüsünü dəstəkləyirik
-
Prezident İlham Əliyev: Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir
-
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın iştirakçıları Şuşada olublar













