Bakıda beynəlxalq tədbirə hazırlıq: Nəqliyyatın hərəkəti üzrə təlim keçiriləcək
Far.Az xəbər saytı

Bakıda beynəlxalq tədbirə hazırlıq: Nəqliyyatın hərəkəti üzrə təlim keçiriləcək


Beynəlxalq tədbirə hazırlıq çərçivəsində Bakıda nəqliyyat vasitələrinin hərəkəti üzrə təlim keçiriləcək.

Far.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, oktyabrın 15-dən etibarən Bakıda keçiriləcək beynəlxalq tədbirə hazırlıq məqsədilə nəqliyyat axınının təhlükəsiz və səmərəli idarə olunmasını təmin etmək üçün nəqliyyat vasitələrinin hərəkəti üzrə təlim təşkil ediləcək.

Qeyd olunub ki, təlim çərçivəsində oktyabrın 11-də saat 08:00-dan 13:00-dək paytaxtın bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkəti müvəqqəti tənzimlənəcək.

Təlim aşağıdakı küçə və prospektləri əhatə edəcək:

- Mehdi Hüseyn küçəsi;

- İstiqlaliyyət küçəsi;

- Neftçilər prospekti;

- Zərifə Əliyeva küçəsi;

- Üzeyir Hacıbəyli küçəsi;

- İzzəddin Həsənoğlu küçəsi;

- Yusif Səfərov küçəsi;

- Heydər Əliyev prospekti;

- Gülarə Qədirbəyova küçəsi;

- Niyazi küçəsi.

DİN sürücülərdən və digər yol hərəkəti iştirakçılarından həmin tarixdə səfərlərini əvvəlcədən planlaşdırmağı, mümkün nəqliyyat sıxlığını nəzərə almağı və alternativ yollardan istifadə etməyi xahiş edib.

Oxşar xəbərlər

Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər