İsrail ordusu HƏMAS-ın "Nuxba" bölməsinin komandirini öldürdüyünü açıqlayıb
İsrail Müdafiə Ordusu HƏMAS-ın hərbi qanadının elit "Nuxba" bölməsinin tağım komandiri Hişam Camal Əbu Qalanın Qəzza zolağının cənubunda hava zərbəsi nəticəsində öldürüldüyünü açıqlayıb.
"Far.Az" xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, zərbə Xan-Yunis şəhəri ərazisində endirilib.
İsrail ordusunun iddiasına görə, Əbu Qala Kisufim hərbi postuna hücumun təşkilatçılarından biri olub və 2023-cü il oktyabrın 7-də israillilərin girov götürülməsində iştirak edib.
İsrail tərəfi həmçinin iddia edir ki, o, son dövrlərdə hərbçilərə və İsrail mülki əhalisinə qarşı hücumların təşkilində iştirak edib, eləcə də atəşkəs rejimini pozaraq HƏMAS-ın döyüş qabiliyyətinin bərpasına çalışıb.
Hava zərbəsi Əbu Qaladan qaynaqlanan təhlükənin aradan qaldırılması məqsədilə endirilib.
Oxşar xəbərlər
Masazır əhalisinə ŞAD XƏBƏR - artıq YEKUNLAŞIR
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Leyla Əliyeva Luvr Əbu-Dabi muzeyini və İbrahim Ailə Evini ziyarət edib
Nazir bu müəllimləri təltif edildi - ADLAR
"Formula 1" üzrə Azərbaycan Qran-prisinin təşkilində 2 min könüllü iştirak edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Zooparkda pələng kişini diri-diri yedi
-
BƏƏ sahillərində tankerə dron hücumundan sonra 22 hindistanlı dənizçi xilas edilib
-
Pakistan hərbçiləri Əfqanıstanla sərhəddə 12 silahlını zərərsizləşdirib
-
Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib
-
Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib
-
Rəşad Nəbiyev Bakıda keçirilən dünya çempionatında medal qazanan idmançıları təbrik edib













