İşçilərinin soyuqda işə gəlməsinə ürəyi dözməyən müdir onlara BMW bağışladı
Far.Az xəbər saytı

İşçilərinin soyuqda işə gəlməsinə ürəyi dözməyən müdir onlara BMW bağışladı


Çində restoran şəbəkəsinin rəhbəri Ma Yanli nümunəvi fəaliyyət göstərən əməkdaşlarına yeni BMW avtomobilləri hədiyyə edib.

Far.Az "South China Morning Post" nəşrinə istinadən xəbər verir ki, Henan əyalətinin Ciaozuo şəhərində fəaliyyət göstərən ət restoranları şəbəkəsinin sahibi işçilərinin əlverişsiz hava şəraitində elektrik skuterləri ilə işə getməsinə ürəyi dözmədiyi üçün belə qərar verib.

Ma Yanli sentyabrın 24-də əməkdaşlarını avtomobillərini təhvil almaq üçün BMW salonuna aparıb. Hər birinin qiyməti 300 min yuan (təxminən 45 min dollar) olan avtomobillərin pulunu o, hədiyyədən iki həftə əvvəl tam ödəyib.

Rəhbərin sözlərinə görə, bu fikrə ötən qış gəlib. Səkkiz ildir onun restoranında çalışan Li Cienin soyuq havada işə gəldiyini görən Ma Yanli əməkdaşının üşüməsindən təsirlənib.

O bildirib ki, şirkətin uğuru bütün kollektivin əməyinin nəticəsidir və işçilər də bu uğurdan faydalanmalıdırlar.

Qeyd edək ki, Ma Yanli 20 ildir iaşə sektorunda çalışır.

Oxşar xəbərlər

İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana Qarabağ atı hədiyyə edib
Aqşin Fatehin restoranında saxta alkoqollu içkilər aşkarlandı
"McDonald"s Azərbaycan" "Nizami Mall"-da yeni restoran açıb
Xatirə İslamdan qarlı havada FOTOSESSİYA
FHN təlim etmək istədi - Yanlış park edilən maşınlara görə yanğın avtomobilləri hərəkət edə bilmədi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər