Ermənistanda saxlanılan Azərbaycan hərbçisi ifadə verdi
Qeyri-müəyyən şəraitdə Ermənistan sərhədini keçərək Şəki kəndinə (Zəngəzur) daxil olan Azərbaycan hərbçisi Nəsimi Musayev dindirmə prosesində heç kimə zərər yetirmək niyyətində olmadığını bildirib.
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə dindirmə materiallarının bəzi detallarını əldə edən Ermənistanın "Joxovurd" qəzeti məlumat yayıb.
Nəşr qeyd edir ki, N.Musayev ifadəsində erməni ailəsinin evinə daxil olarkən kimsəyə xəsarət yetirmək istəmədiyini vurğulayıb.
O bildirib ki, ev sahibəsindən onu buraxmasını dəfələrlə xahiş edib, lakin qadın onun silahından yapışdığı üçün atəş açmağa məcbur qalıb. Bundan əlavə, Azərbaycan hərbçisi yazılı şəkildə qadın və onun ailə üzvlərinin hücumuna məruz qaldığını, bıçaqla zərbələr aldığını və döyüldüyünü bəyan edib.
Xatırladaq ki, Azərbaycan ordusunun hərbi qulluqçusu Nəsimi Musayev oktyabrın 1-də Ermənistanın təhlükəsizlik orqanları tərəfindən saxlanılıb. Şəki kəndi yaxınlığında naməlum səbəblərdən sərhədi keçən hərbçi barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanın böyüklərdən ibarət sərbəst güləş millisi Qubada toplanışa başlayıb
-
Mingəçevirdə tələbə bıçaqlandı, otaq yoldaşı saxlanıldı
-
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu
-
Sabah Nizami rayonunun bəzi ərazilərində qaz olmayacaq
-
"Zirə"nin müdafiəçisi Amin Seydiyev Premyer Liqada 200-cü oyununu keçirib
-
Nardaran Sağlamlıq Mərkəzinin baş həkimi işdən çıxarıldı













