Türkmənistanda MAMA "Ana təbiət" beynəlxalq sərgisi açılacaq
Far.Az xəbər saytı

Türkmənistanda MAMA "Ana təbiət" beynəlxalq sərgisi açılacaq


Yaxın günlərdə Heydər Əliyev Fondu və Qurbanqulu Berdiməhəmmədov adına Himayəyə Ehtiyacı olan Uşaqlara Yardım üzrə Xeyriyyə Fondu tərəfindən Türkmənistanda MAMA "Ana təbiət" beynəlxalq sərgisi açılacaq.

"Report" xəbər verir ki, bu barədə Türkmənistanın Azərbaycandakı səfiri Qurbanməmmət Elyasov Bakıda Türkmənistanın Müstəqillik Gününün 35-ci ildönümünə həsr olunmuş tədbirdə bildirib.

"Yaxın günlərdə Heydər Əliyev Fondu və Qurbanqulu Berdiməhəmmədov adına Himayəyə Ehtiyacı olan Uşaqlara Yardım üzrə Xeyriyyə Fondu tərəfindən Türkmənistanda MAMA "Ana təbiət" adlı beynəlxalq sərgi açılacaq. Ekspozisiya ölkədə noyabrın ortalarına qədər nümayiş etdiriləcək", - diplomat bildirib.

O vurğulayıb ki, mədəni-humanitar sahə Türkmənistan və Azərbaycan arasındakı münasibətlərin ayrılmaz hissəsidir: "Türkmənistanda və Azərbaycanda Mədəniyyət günlərinin, sərgilərin, festivalların və digər mədəni tədbirlərin müntəzəm olaraq keçirilməsi ölkələrimiz arasında münasibətlərin daha da möhkəmlənməsinə töhfə verir".

Diplomatın sözlərinə görə, 2025-ci ilin oktyabrında Bakı və Gəncədə Türkmənistanın Mədəniyyət günləri keçirilib, bu ilin 5-7 iyun tarixlərində isə Aşqabad və Arkadağda Azərbaycanın Mədəniyyət günləri baş tutub.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Leyla Əliyeva Türkmənistanda Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondunun Avaza filialının açılışında iştirak edib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Madriddə MAMA "Ana təbiət" beynəlxalq incəsənət sərgisinin açılışı olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər