Filippinli səyyah: İnfrastrukturun inkişafı Qarabağa daha çox xarici turist cəlb edəcək
Far.Az xəbər saytı

Filippinli səyyah: İnfrastrukturun inkişafı Qarabağa daha çox xarici turist cəlb edəcək


Qarabağda və Şərqi Zəngəzurda infrastrukturun genişmiqyaslı inkişafı regiona xarici turist axınının artmasına töhfə verəcək.

"Report"un Qarabağa ezam olunan əməkdaşı xəbər verir ki, bu barədə "Most Traveled People" (MTP) beynəlxalq səyyahlar klubunu və "Pangea" birliyini təmsil edən filippinli səyyah Nolan Tyanko (Nolan Tiyanco) bildirib.

Tyanko qeyd edib ki, Azərbaycanda infrastruktur layihələrinin həyata keçirilməsini maraqla izləyir və hesab edir ki, regionun bərpası turizmin inkişafı üçün yeni imkanlar açacaq.

"İrəliləyiş görmək mənim xoşuma gəlir. Azərbaycan hökumətinin infrastrukturu necə fəal şəkildə inkişaf etdirdiyini görürəm və əminəm ki, gələcəkdə buraya daha çox turist gələcək", - o qeyd edib.

Tyanko həmçinin Qarabağın zəngin tarixi və mədəni irsini vurğulayaraq, qrupun ötən gün tanış olduğu qədim xristian abidələrini xüsusi qeyd edib.

Onun sözlərinə görə, Qafqaz özünün çoxəsrlik tarixi, mədəni müxtəlifliyi və tarixi dövrlərə aid abidələri sayəsində səyyahlar üçün xüsusi maraq kəsb edir.

Səyyah əlavə edib ki, baş vermiş dəyişiklikləri şəxsən qiymətləndirmək üçün infrastruktur layihələri başa çatdıqdan sonra Azərbaycana yenidən səfər etmək niyyətindədir.

Qeyd edək ki, bu gün "Most Traveled People" (MTP) klubunun təsisçisi Çarlz Vilinin rəhbərliyi ilə beynəlxalq səyyahlar qrupunun Qarabağ və Şərqi Zəngəzura səfərinin üçüncü günüdür.

Nümayəndə heyətinin tərkibində ABŞ, Kanada, Fransa, Almaniya, İsveçrə, Böyük Britaniya və digər dövlətlər daxil olmaqla 13 ölkədən 40-a yaxın şəxs var.

Bu, 2021-ci ildən bəri aparıcı beynəlxalq səyyahlar klublarının Qarabağ və Şərqi Zəngəzura artıq 17-ci qrup səfəridir.

Bu cür səfərlər xarici səyyahlara Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan genişmiqyaslı tikinti və bərpa işləri ilə bilavasitə tanış olmağa imkan verir.

Oxşar xəbərlər

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Leyla Əliyeva Əddis-Əbəbədə bir sıra sosial və mədəni obyektlərlə tanış olub
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Beynəlxalq səyyahlar Şuşadadılar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər